ABŞ-dakı səfirimizdən Kramerə cavab: “Dezinformasiya üsulları dəyişməyib”
Bizi izləyin

Nida.az

ABŞ-dakı səfirimizdən Kramerə cavab: “Dezinformasiya üsulları dəyişməyib”

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu ölkənin “The Wall Street Journal” nəşrində “Freedom House” təşkilatının keçmiş rəhbəri, Vaşinqtondakı Makkeyn İnstitutunun direktoru Devid Kramerin “Azadlıq” radiosunun Bakı bürosu ilə bağlı rəsmi Bakıya qarşı səsləndirdiyi ittihamlara cavab verib.


Publika.az xəbər verir ki, E. Süleymanov D. Kramerin Azərbaycana qarşı apardığı kampaniyaya toxunaraq, bu şəxsin rəsmi Bakıya qarşı daim eyni mövqedən çıxış etdiyini bildirib.


“Bu, mənim ölkəmin strateji əhəmiyyətini ön plana çıxarır. Lakin son hadisələr “strateji korluğun” olduğunu göstərdi və şəxsi emosiyaların ABŞ-ın milli maraqlarını üstələdiyini ortaya qoydu”, - deyə o qeyd edib.


Səfir Kramerin müdafiə etdiyi Leyla Yunusa, eləcə də “Azadlıq radiosu” məsələsinə toxunub: “Kramerin müdafiə etməyə çalışdığı Leyla Yunus beynəlxalq həkim briqadası tərəfindən müayinə olunaraq sağlam hesab edildi. “Azadlıq” radiosunun Bakı bürosu əməkdaşlarının dindirilməsi isə bu KİV-in qaranlıq maliyyə idarəçiliyi ilə bağlıdır. Bu gün Azərbaycanda aparılan istintaqın ABŞ-a qarşı meydan oxumaq şəklində qiymətləndirilməsi sovet dövründə “əzilən, məsum ABŞ kommunistləri”nin azad edilməsi uğrunda kampaniyanı xatırladır. SSRİ-də yaşamış biri kimi mən bir neçə onillik ərzində ideoloji dezinformasiya kampaniyalarının metodlarının dəyişməz qaldığını təəssüflə deyə bilərəm”.


Qeyd edək ki, Kramer Obama Administrasiyasını rəsmi Bakıya qarşı sanksiyalara çağırıb. O, Azərbaycana qarşı “Maqnistki qanunu”nu tətbiqini, eləcə də bu il Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarını boykot etməyi təklif edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm