Nida.az
“Suriyaya gedənlərə kimlərin yardım etdiyi aydındır” - Hacı Şahin Həsənli
Suriyada döyüşən azərbaycanlıların təkcə sələfi təriqətinin
içindəki radikal qruplaşmalar deyil, eləcə də şiə radikallarının da
olduğu deyilir. Məlumatlara görə, bu günə qədər Suriya döyüşlərində
öldürülən 44 Azərbaycan vətəndaşından 33 nəfəri sələfi, 11-i
şiədir. Publika.Az-ın apardığı araşdırmalardan
da (http://publika.az/p/5451 ) görünür
ki, Bakı kəndlərindən, xüsusilə Nardarandan, həmçinin Cənub
bölgəsindən olan şiələr Bəşər Əsəd tərəfindən vuruşmaq üçün
Suriyaya gedirlər. Onlar müxtəlif səbəblərlə İrana gedir, orda
qarşılanaraq təlim düşərgələrinə aparılır, daha sonra müxtəlif
yollarla Suriyaya göndərilirlər.
Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli isə Publika.Az–a açıqlamasında şiələrin Suriyada
döyüşmədiyini, belə məlumatların məqsədli şəkildə yayıldığını
bildirib. Onun sözlərinə görə, mətbuatda yayılmış bu məlumatlar
Daxili İşlər Nazirliyi tərəfindən də təkzib edilib: “Hesab edirəm
ki, bu məlumatlar məqsədli şəkildə ictimai fikri çaşdırmaq üçün
dövriyyəyə buraxılır. Mənim əlimdə indiyə qədər elə bir fakt yoxdur
ki, şiə icmasından kimsə Suriyaya gedib vuruşsun. Mətbuatda bir
siyahı da dərc olunmuşdu, lakin bu, qeyri-müəyyəndir. Çünki radikal
dini qruplaşmaların tərkibində döyüşənlərin meyitlərinin
fotolarının şahidi olmuşuq. Əgər şiələr də döyüşür və öldürülürsə,
niyə onların fotoları yayılmır. Faktiki olaraq şiələrlə bağlı belə
bir fotonun şahidi olmamışıq. Buna görə də hesab edirəm ki, belə
məlumatların heç bir əsası yoxdur”.
Ş. Həsənli qeyd edib ki, Suriyada dövlət tərəfindən ordu
vuruşur. Onun sözlərinə görə, konkret olaraq bu orduya əsasən
“Hizbullah”dan ibarət döyüşçülər kömək edir: “Bu təşkilat olduqca
qapalıdır. Orda başqa millətlərin nümayəndələrinin vuruşması çətin
məsələdir. Müxalifət tərəfindən isə muzdlular döyüşür. Yəni
şiələrin ora getməsi, Əsəd tərəfindən vuruşması doğru deyil.
Nardaran, Maştağa ağsaqqalları da bununla bağlı danışaraq təkzib
ediblər”.
Axund əsas radikalların sələfilərin içində olduğunu deyib.
Bildirib ki, şiələrin içində radikal qruplaşmalar yoxdur. “Mən özüm
təkcə şiə icmasını deyil, həm də sünni icmasını təmsil edirəm.
Şiələrin daxilində radikal qruplaşma var deyəndə nəyi nəzərdə
tuturlar, anlamıram. Əsas radikallar sələfilərin içindədir.
Suriyaya gedənlərə də kimlərinsə yardım etdiyi aydındır”-deyə o
diqqətə çatdırıb.
Ş. Həsənli şiələrlə bağlı belə məlumatların Qafqaz Müsəlmanları
İdarəsinin toplantısından sonra ortaya çıxdığını bildirib:
“QMİ-nintoplantısından sonra müəyyən kompromat xarakterli
məlumatlar mətbuata ötürülür. Bunun şahidi olmuşuq. Hesab edirəm
ki, bu məlumatlar həmin qruplaşmalara mənsub olan insanlar
tərəfindən məqsədi şəkildə ortaya atılır ki, kimlərsə mənəvi
baxımdan gözdən salınsın. Eyni zamanda Suriyada fərqli dini
cərəyanlara aid insanların döyüşdüyünə dair fikir çaşdırmaq
istəyirlər. Mən bunları əsassız hesab edirəm”.
Asif
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı