Qubad İbadoğlu Səbail müsavatçılarını da ələ aldı - FOTOLAR
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu Səbail müsavatçılarını da ələ aldı - FOTOLAR

Müsavat Partiyasının yeni rəhbərliyindən narazı olanların yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Səbail rayonu üzrə Təşəbbüs Qrupu yaradılıb.


Publika.az xəbər verir ki, bu barədə ADR-in Təşkilat Komitəsinin rəhbəri Qubad İbadoğlu sosial şəbəkələrdə məlumat yayıb.


Onun sözlərinə görə, hərəkatın Səbaildə keçirdiyi təsis yığıncağında Təşkilat Komitəsinin üzvləri iştirak edib: “Toplantıda professor Adil Qeybulla, Ellada Məmmədli, Sədaqət Paşayeva, Dünyaxanım Cahan, Füzuli Vəziroğlu, Hüseyn Məlik və digər dəyərli dostlarımız iştirak edirdi. Onların qərarı ilə ADR hərəkatının Səbail rayonu üzrə Təşəbbüs Qrupu yaradıldı. İlk addımımızı atdıq və razılaşdıq ki, ən yaxşısını düşünüb, ən pisinə hazır olmaqla yolumuza davam edək”.


Qeyd edək ki, bundan öncə ADR-in Salyan rayonunda Təşəbbüs Qrupu yaradılıb. Hərəkat qarşıdakı bir ay müddətində təsis konfransı keçirmək niyyətindədir.


Səbaildən sonra hərəkatın Şəki rayonu üzrə Təşəbbüs Qrupunun yaradılması gözlənilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm