• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Sərdar bəyin Əli Kərimliyə qarşı mövqeyi...” – Qardaşların ulduzu barışmır

  • Nida.az
  • 10 Yanvar 2015 13:20
  • 396 Baxış
“Sərdar bəyin Əli Kərimliyə qarşı mövqeyi...” – Qardaşların ulduzu barışmır

ADP sədri Sərdar Cəlaloğlu ilə qardaşı Qurban Məmmədov arasında soyuq münasibətlər yenidən gündəmə gəlib. Q. Məmmədov həbsdən çıxandan sonra onun görüşünə getməyən S. Cəlaloğlu aralarındakı buzları siyasi baxışların müxtəlif olması ilə əlaqələndirib. Lakin buna digər səbəblər də var.

Misal üçün, ADP sədri qardaşı ilə münasibətlərinin pozulmasında eks-spiker, ADP-nin keçmiş lideri Rəsul Quliyevin də rolunun olduğunu bildirib.


Publika.az xəbər verir ki, Q. Məmmədov “facebook” səhifəsində qardaşı ilə aralarındakı soyuqluqdan danışıb. O, Sərdar Cəlaloğlunu özünün atası adlandırıb.


“Siyasi baxışlarımızın və mövqelərimizin daban-dabana zidd olması, xüsusilə də, Milli Şura, Əli Kərimli və AXCP-yə qarşı Sərdar bəyin tutduğu qeyri-obyektiv mövqe onun mənim böyük qardaşım olması faktını aradan qaldırmır. Siyasətdən kənarda o, mənim qardaşım, böyüyüm və ata əvəzimdir. Ancaq siyasi və milli maraqlarda güzəşt ləyaqətsizlik və münafiqlikdir. Mən baxışlarımda səhv edə bilərəm, lakin belə düşünürəm.
Eyni zamanda, hesab edirəm ki, ailədaxili və ya şəxsi münasibətlərin ictimai diqqətin mərkəzinə gətirilməsi tamamilə yanlış və ziyanlıdır, insanların qızıl kimi qiymətli vaxtını belə məsələlərə cəlb etmək səhvdir”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR