ABŞ-da İlham Əliyevin nailiyyətləri barədə rəsmi Bəyannamə qəbul edilib
Bizi izləyin

Nida.az

ABŞ-da İlham Əliyevin nailiyyətləri barədə rəsmi Bəyannamə qəbul edilib

ABŞ-da İlham Əliyevin nailiyyətləri barədə rəsmi Bəyannamə qəbul edilib

ABŞ-ın Yuta ştatı Azərbaycan xalqının və Prezidentinin tarixi nailiyyətlərini təqdir edən rəsmi Bəyannamə qəbul edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.Az –a verilən məlumata görə, bəyannamə (Official Citation Honoring The President and Citizens of Azerbaijan) 13 fevral tarixində Yuta ştatının qanunvericilik orqanın hər iki palatası tərəfindən qəbul edilibdir.

Bəyannamə Senat sessiyası zamanı Prezident Vayn Niderhauzer tərəfindən oxunduqdan sonra sənədin həmmüəlliflərindən olan Senator Cin Devis tərəfindən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib. Səfir E. Süleymanov öz növbəsində hər iki palata mənsublarına, eləcə də sənədin həmmüəlliflərinə dərin təşəkkürünü bildirərək, bu sənədin ştatla ölkəmiz arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin olacağına əminliyini ifadə edibdir.

Senator Cin Devis çıxış edərək Azərbaycanın regionda ABŞ-ın strateji tərəfdaşı olduğunu bildirib, gənc dövlət olmasına baxmayaraq, Azərbaycanın tarixi dövlətçilik ənənələrinə malik olduğunu qeyd edibdir. Daha sonra o, Azərbaycanda olduğu zaman yaşadığı təəssüratları bölüşüb.

Bəyannamə təqdim edildikdən sonra azərbaycanlı diplomat Konqresin Nümayəndələr Palatasında çıxış üçün dəvət edilib. Çıxışı zamanı o, ölkəmizin müstəqilliyini əldə etdikdən indiki dövrə qədər həm daxili, həm də xarici siyasətdə əhəmiyyətli uğurlar əldə etdiyini, Azərbaycanın amerikalı hərbçilərlə çiyin-çiyinə dünyanın müxtəlif yerlərində beynəlxalq sülhün və əmin-amanlığın bərqərar edilməsində iştirak etdiyini vurğulayıb.

Qeyd edək ki, Bəyannamədə Sovet İttifaqının dağılması ilə müstəqilliyini əldə edən ölkəmizin türk dünyası və müsəlman şərqində ilk demokratik dövlətçilik ənənələrinə malik olan dövlət olduğu göstərilir, habelə Azərbaycanın qadınların seçki hüququnu tanıyan ilk dövlətlərdən olduğu qeyd edilir. Bəyannamədə xüsusilə vurğulanır ki, ABŞ və Azərbaycan demokratiya, insan hüquqları və universal azadlıqlarla bağlı eyni dəyərləri bölüşürlər.

Yuta Ştatının qanunvericilik orqanın hər iki palatası tərəfindən qəbul edilən Bəyannamə Senat Prezidenti Vayn Niderhauzer, Nümayəndələr Palatasının Spikeri Rebeka Lokhart, Senator Cin Devis və Konqresmen Lin Heminquey tərəfindən imzalanıbdır. Senator Cin Devis və Konqresmen Lin Heminquey 2013-cü ilin may ayında Bakıda keçirilmiş ABŞ-Azərbaycan Forumu zamanı ABŞ nümayəndə heyəti tərkibində ölkəmizdə səfərdə olublar.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm