Bakı-Ankara-Moskva işbirliyinin “xırda pulu”: Ermənilər üçün qorxulu proqnoz
Bizi izləyin

Nida.az

Bakı-Ankara-Moskva işbirliyinin “xırda pulu”: Ermənilər üçün qorxulu proqnoz

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Birliyi ölkələrini islamofobiyanı dayandırmağa, rəsmi Ankaraya verdiyi öyüd-nəsihəti öz üzərilərində təcrübədən keçirməyə çağırıb.

Rusiyalı politoloqlar Türkiyə liderinin bu açıqlamasını Vladimir Putinin Ankara səfəri fonunda qiymətləndirirlər. Hansı ki, Putin Ankarada “Cənub axını”ndan imtina etdi və öz qazının əhəmiyyətli hissəsini məhz Türkiyə vasitəsilə Avropaya çıxaracağını bəyan etdi.


Publika.az xəbər verir ki, Şərq əməkdaşlığı institutunun prezidenti, politoloq Avroma Şmuleviçin fikrincə, Ərdoğan Rusiyanın zəifləməsindən lazımınca yararlanır: “Bu Türkiyənin regional lider statusuna qayıdışının ilkin təməlləridir. Ərdoğan Putindən əhəmiyyətli güzəştlərə nail olmaq istəyir. Rusiya ilə yaxınlaşmaq Türkiyə üçün siyasi və iqtisadi baxımdan sərfəlidir. Çünki Rusiya Türkiyə üçün regionda liderliyinə həmişə mane olub. Ankara hücuma keçmək üçün lazımi məqamları gözləyir. Lakin Ankaraya təkcə Moskva yox, Yaxın Şərq səhnəsində bütün oyunçular mane olur. Buna görə də, Ərdoğan xarici siyasətdə incə manevrlər edir və düşünürəm ki, türkləri istəklərinə həssaslıqla nail olacaqlar”.


Türkiyənin Rusiya siyasətindən, eləcə də regionda liderlik statusunu yenidən əldə etməkdən ən çox narahat olanlar isə ermənilərdir. Son iki gündə erməni mediası Türkiyənin, eləcə də Rusiyanın ünvanına ittihamlar yağdırlr.

Erməni ekspertlərə görə, Ankaranın Rusiya ilə qarşılıqlı əməkdaşlığı və regionda liderliyini gücləndirməsi Azərbaycan üçün olduqca sərfəlidir.
Ermənilər əsasən iki əsas məqamdan narahatdırlar.

Birincisi, qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində Türkiyənin güclənməsidir. Belə ki, Ankara İrəvanın böyük hamisi Rusiyanı zərərsizləşdirə bilsə, bölgədə Ermənistanı istədiyi kimi küncə sıxışdıracaq. Hazırda Ankaranın öz nüfuzundan istifadə edərək Qərbdəki erməni lobbisini də sıxışdırdığı görünür.


İkinci məqam isə Azərbaycanın bu proseslərdən qalib çıxmasıdır. Çünki Rusiya hazırki situasiyadan doğan məcburiyyət səbəbindən Bakı və Ankaraya güzəştə gedərsə, bu İrəvanın sonu olacaq. Dağlıq Qarabağ və ətraf rayonun işğaldan azad olunması üçün də Bakının önündə yeni imkanlar açılacaq.


Ermənistan mediası yaranmış situasiyaya görə, İrəvan rejimini ittiham edir. Sərkisyan hökuməti xüsusilə Rusiya-Türkiyə, Rusiya-Azərbaycan ittifaqında “xırda pul” olmaqda ittiham olunur.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm