Nida.az
“Bu, əsl nümunədir” - İsraildən Bakıda kilsə qarşısındakı aksiyaya münasibət
“Avropada İslam və xristian fundamentalistləri tərəfindən radikalizmi müşahidə edirik. Azərbaycanda isə gənclər xristian və yəhudilərə əsl tolerantlıq göstərirlər”.
Publika.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə
İsrail eksperti Arye Qut Fransada Məhəmməd Peyğəmbəri təhqir edən
karikaturaları dərc edən “Şarli Hebdo” hücum ərəfəsində
azərbaycanlı gənclərin Bakıda kilsənin yollarını təmizləməsinə
münasibət bildirərkən deyib.
İsrail eksperti Azərbaycanın müxtəlif din və xalqların vətəni
olduğunu vurğulayıb.
“Azərbaycan torpağında hələ qədimdən iudaizm və İslam,
atəşpərəstlik və xristianlıq mövcud olub. Bu ölkədə əsl
multikulturalizm və tolerantlıq həyat tərzidir. Mən bu ölkədə
doğulmağıma və boya-başa çatmağıma görə fəxr edirəm”, - deyə o
bildirib.
A. Qut Azərbaycan rəhbərliyinin apardığı siyasətdə tolerantlıq
elementlərinə də toxunub: “Multikultarizm və tolerantlıq ideyasının
məşhurlaşmasına və dövlətin sonrakı inkişafında bu amillərin əsas
götürülməsinə səbəb Azərbaycan rəhbərliyinin apardığı siyasətdir.
Azərbaycan modeli bu gün dünyada multikultarizm siyasətinin təbliği
siyasəti üçün əsas nümunədir”.
Xatırladaq ki, dünən Bakıda tələbələr Fransada terror aktından
sonra məscidlərə hücuma etiraz olaraq unikal aksiya keçirib. Onlar
həzrəti Məhəmmədin (s) mövlud günü münasibəti ilə qarlı havada,
sübh tezdən Bakıda yerləşən kilsələrdən birinə gedərək, insanların
kilsəyə rahat gəlmələri üçün yolları qar və buzdan
təmizləyiblər.
Asif Nərimanlı
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü