Müsavatdan çıxarıldı, qərarı ala bilmir
Bizi izləyin

Nida.az

Müsavatdan çıxarıldı, qərarı ala bilmir

Müsavat başqanlığına keçmiş namizəd, Arif Hacılıya qarşı sərt çıxışlarına görə partiyadan çıxarılan Səxavət Əlisoy haqqında verilən uzaqlaşdırma qərarını ala bilmir.


Publika.az xəbər verir ki, bu barədə S. Əlisoyun özü məlumat yayıb.


Onun sözlərinə görə, təxminən iki ay əvvəl onu Divana dəvət ediblər: “Arif Hacılının divanının üzvlərindən biri zəng edib məni dəvət etdi. Sonra “partiyanın siyasi-ideoloji xəttinə zidd” hərəkətlərimə görə partiyadan xaric etdilər. O vaxtdan bəri iki dəfə məni o iclasa dəvət edən adama müraciət etmişəm ki, divanın barəmdəki qərarını mənə göndərsin. Cavab budur ki, mən ya başqanın, ya da divanın adına ərizə yazıb xahiş etməliyəm ki, qərarı versinlər. Bu cavabda məntiq varmı? Harada, hansı nizamnamədə yazılıb ki, partiyadan uzaqlaşdırılmış şəxs qərarı almaq üçün ərizə yazıb xahiş etməlidir? Partiyanı görün kimlər, hansı düşüncə sahibləri ələ keçirdilər. Elementar söz azadlığını həzm etməyənlərin demokratiyadan danışmağa haqqı varmı?”


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm