Nida.az
Rusiyalı politoloq: “Bakı sürətli müharibə ilə torpaqlarını azad edə bilər”
“2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması çətin görünür”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
politoloq Vitali Arkov deyib.
Onun sözlərinə görə, indiyə qədər münaqişənin sülh və ədalətli
həlli üçün beynəlxalq vasitəçilər konkret təkliflə çıxış
etməyiblər: “Yəni konkret bazanın mövcudluğu sual altındadır.
Bundan sonra münaqişənin Azərbaycanın xeyrinə həlli çətin
məsələdir. Bu gün Ermənistan mövcud status-kvonu saxlamaq üçün
bütün yollara əl atır. Bu ölkə başqasına aid torpaqlara nəzarət
edib və dünya birliyi onun işğalçı olduğunu tanımır, ona qarşı
sanksiyalar tətbiq etməyib. 2015-ci ildə Ermənistanın Avrasiya
İttifaqının üzvlüyü bu ittifaqda təmsil olunan Moskva və Astananı
açıq hərbi qarşıdurma faktı qarşısında qoyacaq. Digər tərəfdən,
dünyanın bir çox ölkəsi Dağlıq Qarabağ münaqişəsində Avrasiya
İttifaqını tərəf kimi görəcək və müəyyən mənada ədalətli mövqedən
çəkinəcəklər. Hərçənd Azərbaycan dövləti bunu bilir və indidən
özünü bu prosesə hazırlayır”.
V. Arkov hesab edir ki, rəsmi Bakı sürətli müharibə ilə öz
torpaqlarını azad edə bilər.
“Lakin müharibə minlərlə insan itkisi, iqtisadi tənəzzül, həmçinin,
beynəlxalq ictimaiyyət qarşısında günahkar duruma düşmək deməkdir.
Azərbaycan hakimiyyəti bunları anlayır. Ona görə də müharibə
variantını ikinci plana saxlayaraq, daha çox sülh danışıqlarına
gedir. Lakin onlar əmindir ki, müharibə etsələr, indiki situasiyada
qalib olacaqlar”, - deyə o vurğulayıb.
V. Arkov 2015-ci ildə Avrasiya İttifaqının daha da genişlənəcəyini
proqnozlaşdırır.
Asif Nərimanlı
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO