Erməni vəhşiliyi İsrail ekspertinin gözü ilə: “7 aylıq uşağı da girov götürmüşdülər” – ŞOK FAKTLAR
Bizi izləyin

Nida.az

Erməni vəhşiliyi İsrail ekspertinin gözü ilə: “7 aylıq uşağı da girov götürmüşdülər” – ŞOK FAKTLAR

Beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qut Ermənistanın azərbaycanlılara qarşı vandalizm hərəkətləri haqda danışıb.

Publika.az xəbər verir ki, İsrail eksperti 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı vəhşiliyi əsl faşizm adlandırıb: “Bu, əsl faşizm və barbarlıq idi. Bu qeyri-insani hərəkətlər haqda bütün dünya bilməlidir. Dünya həm də bilməlidir ki, bu təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş vandalizmdir. Yüzlərlə Azərbaycan vətəndaşı, uşaqlar, qocalar və qadınlar ermənilər tərəfindən dözülməz işgəncələrin, təhqirlərin qurbanıdır”.


Daha sonra İsrail eksperti erməni vandalizmi ilə üzləşən şahidlərin fikirlərini xatırladıb.


“Şövqi Əliyev Xəqani oğlu 3 yaşı olanda erməni “həkimlər” tərəfindən bazu sümüyü kəsildiyi üçün ömürlük şikəst qalıb. Yeni doğulmuş Gülcamal Quliyevə erməni “həkimi” Aida Serobyanın vurduğu iynə sayəsində həmişəlik əlil oldu. Babək İlyasov 7 aylıq olanda onun anası Afiyət Mirzəyeva və atası Aslan Mirzəyev ermənilər tərəfindən güllələndi. Onun sağ gözü qəlpə yarasından kor oldu. Lakin ermənilər 7 aylıq körpəni də əsir götürmüşdü, yalnız 4 aydan sonra qaytardılar. Nəzakət Məmmədovanın atası və anası gözləri önündə işgəncələrə məruz qaldı. Onların qulaqlarını kəsir, təhqir edirdilər. Onu ailəsinə 4 milyon rus rubluna satdılar. Ağdam rayon sakini Kəklik Həsənovun 16 dişini kəlbətinlə çıxartdılar. Yaşlı qadın Şərqi Rza qızı Şirinovanın Ağdamın işğalı zamanı 8 qızıl dişini kəlbətinlə çıxarıblar. O, 6 ay dözülməz işgəncələrə məruz qalıb. Əsir düşmüş Vladimir İvan Şevelev rus olduğu üçün ermənilərin ona toxunmayacağını ümid edirdi. Lakin ona, xəstə qardaşına və anasına dəhşətli işgəncələr verdilər. Bu nümunələr yüzlərlədir”, - deyə o qeyd edib.


A. Qut yüzlərlə azərbaycanlının dəhşətli işgəncələrə məruz qaldığını vurğulayıb: “Çoxsaylı faktlar onu göstərir ki, əsirlərə və girovlara dəhşətli işgəncələr tətbiq edilirdi. Onlar vəhşicəsinə döyülür, qəsdən şikəst edilir, sinələrinə qızdırılmış xaçla damğalar vurulur, dırnaqları və dişləri qoparılır, yaralara duz səpilir, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülürdülər. Dünya bu vandalizmi unutmamalıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm