• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıdan qisas günü: siyasi müdaxilələr necə kamuflyaj ediləcək?

  • Nida.az
  • 12 Yanvar 2015 15:33
  • 726 Baxış
Bakıdan qisas günü: siyasi müdaxilələr necə kamuflyaj ediləcək?

12 yanvar – bu gün rəsmi Bakıdan qisas almaq gündür. Vaşinqtonda bu günə təyin olunan Azərbaycanla bağlı dinləmələri məhz belə adlandırmaq olar.

Publika.az xəbər verir ki, dinləmələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən “Azərbaycanda müstəqil səslərin susdurulması” adı altında təşkil olunacaq.


“Bu gün Azərbaycanda müxalif düşüncəli insanlara qarşı görünməmiş miqyasda repressiyalar həyata keçirilir, jurnalistlərin, hüquq müdafiəçilərinin, fəalların həbsi qorxu atmosferi yaradır. Yaranmış vəziyyət bizi belə bir tədbir təşkil edib durumu müzakirə eləməyə və ondan çıxış yolu tapmağa vadar edir”, - deyə NED rəsmi saytında iddia edib.


Ritorika təəccüblü deyil: insan haqları, demokratiya, söz azadlığı, müasir dünya nizamında siyasi müdaxilələr üçün əsl kamuflyaj üçün vacib ifadələrdir.


Bu gün keçiriləcək dinləmələri təşkil edən təşkilatın vaxtilə Azərbaycandakı fəaliyyətinə nəzər salaq, bunun Azərbaycandan əvəz alınması üçün atılan addım olduğunu hesab etmək mümkündür. Dinləmələrlə bağlı ilk xəbər yayılanda yanvarın 6-da Publika.az da bu barədə yazmışdı (http://publika.az/p/59721).

Araşdırmalar göstərir ki, bu dinləmələrin alt qatında məhz insan azadlığı kimi pafoslu məqamlar dayanmır.


NED 2013-cü ilə qədər Bakıda fəaliyyət göstərib. Azərbaycanda qrant layihələri həyata keçirən fond xüsusilə gənclərlə bağlı məsələlərə həssas yanaşırdı və bu kənardan olduqca humanist görünürdü. Lakin hər ötən il media tərəfindən aşkarlanan faktlar bu təşkilatın bir sıra Qərb QHT-si kimi Azərbaycanda “5-ci kalonun” formalaşmasına kapital yatırdığını göstərdi.
Azərbaycanda Avrasiya və Rusiya üzrə nümayəndəliyi vasitəsilə fəaliyyətini quran fond haqda beynəlxalq ekspertlərin də fikri birmənalı deyil. Misal üçün, bu təşkilatın ABŞ-ın kəşfiyyat xidmətləri ilə paralel şəkildə ilə işlədiyinə dair fikirlər var.

Fondun Azərbaycanda qrant ayırdığı şəxslərə və təşkilatlara diqqət yetirdikdə bir çox nüanslar ortaya çıxır.

Fond 2003-2013-cü illəri əhatə edən 10 il ərzində Azərbaycan QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb. Bu məbləğin 2 milyon 300 min miqdarında böyük hissəsinin 2010-2013-cü illərdə ayrılması da diqqətdən yayınmır. Ayrılan vəsaitlər əsasən müxalifətyönümlü KİV-lərə, qurumlara, QHT-lərə şamil olunub. NED fəaliyyəti dövründə bir dəfə də olsun qaçqın və məcburi köçkünlərlə bağlı layihələrə kapital yatırmayıb.


Fondun dəstəklədiyi təsisatlara bunlar daxildir: “Açıq Fikir Universiteti”, “Turan” agentliyi, müxalifətçi “Obyektiv TV” internet telekanalı, Anar Məmmədlinin sədrlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, İnsan Haqları Klubu, Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzi və Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu.


Bu maliyyələrin QHT-lər üzərindən siyasi partiyalara ötürülməsinə dair də iddialar mövcuddur.


Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsinin ölkədə “5-ci kalonun” formalaşması istiqamətində çalışan təşkilatlara həsr olunmuş hissəsində NED-in də adı keçir, onun hansı layihələrə nə qədər və hansı məqsədlə qrant ayırdığı ifşa olunur.


Ehtimallar var ki, dinmələrdə ABŞ Dövlət katibinin köməkçisinin müavini Tomas Melia da iştirak edəcək. Melia Azərbaycana qarşı daim sərt çıxışları ilə seçilir. Lakin indiki geosiyasi situasiyasında Melianın Bakıya qarşı sərt çıxışları iki ölkə arasında gərginliyin daha da kəskinləşməsi baxımından Vaşinqtonun da maraqlarında ola bilməz. Nələrin baş verəcəyini görmək üçün günün sonunu gözləmək lazımdır.


Bütün hallarda isə yaranmış situasiya NED üçün yaxşı fürsətdir. Təşkilat rəsmi Bakıdan qisas almaq niyyətindədir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR