AKP-li deputat İslam ölkələrini birləşməyə çağırdı – ÖZƏL
Bizi izləyin

Nida.az

AKP-li deputat İslam ölkələrini birləşməyə çağırdı – ÖZƏL

“İslama terror damğası vuranlara qarşı İslam ölkələri birləşməli və birgə mübarizə aparmalıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı bildirib.

Onun sözlərinə görə, islam dini adına edilən bütün hərəkətlər dünyaya doğru formada təqdim olunmalıdır. M.Kabaqçı deyib ki, dünyanın istənilən yerində hər hansı terror hadisəsi baş verən zaman və hər hansı inanc qrupuna mənsub olursa olsun, bu, qətiyyətlə pislənilməlidir, burada dini fərq axtarılmamlıdır: “Çox təəssüf ki, Türkiyə illərdir terrorla qarşı-qarşıyadır. Bundan əlavə, qardaş Azərbaycan dövləti də terrordan əziyyət çəkir. Terrorun bütün növünü bu coğrafiyada görmək mümkündür. Ancaq təkcə bu regionda deyil, dünyanın ayrı-ayrı yerlərində başqa dinlərə mənsub şəxslərin də terror aktları törətdiyini görürük. Bu da o deməkdir ki, terror bir inancın təmsilçisi ola bilməz.

İslam dini sülh və əmin-amanlıq dinidir. Yəni, islam dininin daxilində belə bir məna mövcuddur. Çox təəssüf ki, son illər özlərini guya islam uğrunda cihad etmək kimi təqdim edən bir qrup radikal şəxslərin fəaliyyəti gündəmə gəlib. Amma bu qrupların İslama heç bir bağlılığı yoxdur. Onların islam adından danışması və ya bu dini təmsil etməsi əsla ola bilməz. Bu cür radikal qruplar dünyada olan bəzi dairələrin istəyi ilə hərəkətlər edirlər. Qərb dünyası da İslam adı altında hərəkət edən bu cür radikal qrupların bu dinə heç bir bağlılığı olmamasını bilməlidir. Bu gün islamı gerçəkdən anlayan hər kəs bilir ki, insan Allahın yer üzündəki əmanətidir. Günahsız insanları qətlə yetirmək və müxtəlif bu cür radikal hərəkətlərə əl atmaq islam dinində mümkün deyil. Bütün bunların qarşısını almaq üçün bütün dünya bir olmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm