• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məmurlarımıza sanksiya tətbiq edilməyib - TƏKZİB

  • Nida.az
  • 12 Yanvar 2015 16:09
  • 366 Baxış
Məmurlarımıza sanksiya tətbiq edilməyib - TƏKZİB

“Avropa İttifaqı nə Azərbaycana, nə də azərbaycanlı olan hər hansı şəxsə qarşı sanksiya tətbiq edib”.

Bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr şurasının mətbuat katibi Suzanna Keiefer deyib.

ABŞ-ın Azərbaycandakı səfirliyi də bu dövlət və Aİ tərəfindən 31 azərbaycanlı məmura sanksiya tətbiq edilməsi xəbərinə münasibət bildirib. Səfirlikdən APA-ya deyilib ki, bu xəbər doğru deyil: “Azərbaycana qarşı hər hansı sanksiya tətbiq edilməyib”.

Baş Prokurorluq da bəzi KİV-in prokurorluq əməkdaşlarına sanksiya qoyulması xəbərini təkzib edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bəzi KİV-də prokurorluq orqanlarının 11 nəfərinə qarşı sanksiya qoyulması barədə yayılan xəbərlər əsassızdır və tərəfimizdən qəti şəkildə təkzib olunur.

E. Sultanov həmçinin bildirib ki, Baş Prokurorluğun əməkdaşları mütəmadi olaraq beynəlxalq tədbirlər və ezamiyyətlərlə bağlı xarici ölkələrdə səfərlərdə olur: “Baş Prokurorun birinci müavini Rüstəm Usubov ötən ilin noyabrında Almaniya və Avstriyaya səfər edib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov ötən ilin iyul ayında Almaniyada, həmin idarənin müstəntiqi Qasım Məmmədov ötən ilin noyabr-dekabr aylarında Finlandiyada, digər müstəntiq İbrahim Ləmbəranski isə dekabr-yanvar aylarında Avstriya və İtaliyada ezamiyyətdə olub, hazırda isə Finlandiyadadır”.

Xatırladaq ki, “Azərbaycan saatı” verilişində Aİ və ABŞ Dövlət Departamentinin insan haqlarını pozan 31 Azərbaycan məmuruna sanksiya tətbiq etməsi barədə xəbər verilib. Verilişdə həmin 31 nəfərin adı da sadalanıb. Onlar əsasən hakimlər və prokurorluq əməkdaşlarıdır.

(APA)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR