Milli Məclisin ilk iclasının tarixi məlum oldu
Bizi izləyin

Nida.az

Milli Məclisin ilk iclasının tarixi məlum oldu

Milli Məclisin 2015-ci ildə ilk iclasının tarixi açıqlanıb.


Parlamentin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qanunverici orqanın ilk iclası fevralın 2-də keçiriləcək.


Məlumata görə, Milli Məclis komitə iclasları ilə yanvar ayının 15-dən etibarən qış sessiyasına başlayacaq. İlk iclasın fevralın 2-də keçirilməsinə səbəb isə 1 fevral tarixinin bazar gününə düşməsi olub.


İlk iclasın gündəliyinə yaz sessiyasının iş planı, Azərbaycanın bir sıra dövlətlərlə imzaladığı sazişlərin təsdiqi, “Elm haqqında” qanun layihəsinin müzakirəsi və bir sıra qanunlara dəyişikliklər salınıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm