Arif Hacılı “əsgər” qardaşını hansı vəzifəyə gətirir?
Bizi izləyin

Nida.az

Arif Hacılı “əsgər” qardaşını hansı vəzifəyə gətirir?

Arif Hacılı Müsavat partiyasının başqanı seçiləndən sonra qardaşı Mustafa Hacıbəyliyə hansı vəzifəni verəcəyi haqda mediada suallar dolaşırdı.

M. Hacıbəyli keçmiş başqan İsa Qəmbərin müşaviri idi, lakin qurultay zamanı bütün vəzifələr qüvvədən düşdü. Qurultay Hacılı ailəsi üçün uğurlu olsa da, Hacıbəyli indiyə qədər heç bir vəzifəyə təyin olunmayıb. Ehtimallar arasında onun Məclis sədrliyinə gətiriləcəyi var idi. Lakin bu posta gözlənilmədən Nüşabə Sadıqlı seçildi.

Ardınca başqanın qardaşını öz keçmiş postu üçün hazırladığı iddiaları ortaya çıxdı. Arif Hacılı isə bu posta ən yaxın adamı Gülağa Aslanlını gətirdi. Digər tərəfdən, yeni başqanın müavin təyinatlarında da qardaşının adı görünmədi.


Məsələ ilə bağlı Publika.az-a danışan Mustafa Hacıbəyli bildirib ki, onu hansı vəzifədə görsələr, o işləməyə hazırdır: “Məni hansı vəzifəyə təyin etsələr, orda işləyə bilərəm”.


“Arif Hacılın sizin qardaşınız olduğu üçün sizə xüsusi bir vəzifə veriləcəyi iddiaları var” sualını cavabsız qoyan M. Hacıbəyli qısa olaraq bunları deyib: “Mən əsgərəm, hara desələr, ora da gedəcəm”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm