Sərkisyan təcili müşavirə çağırdı
Bizi izləyin

Nida.az

Sərkisyan təcili müşavirə çağırdı

Ermənistan prezidenti Serj Sərkisyan Gümrü şəhərində törədilən ailə qətliamı ilə əlaqədar təcili müşavirə çağırıb.

Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, prezident hüquq-mühafizə orqanlarının başçıları ilə təcili müşavirə keçirib.

Hadisə ilə bağlı operativ qrup yaradılıb. Qrupa daxili işlər nazirinin birinci müavini Unan Poqosyan başçılıq edir.

Xatırladaq ki, bu gün Gümrü şəhərində bir ailənin 6 üzvü odlu silahla açılan atəşlə öldürülüb. Qətldə iştirakda şüиhəli sayılan Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazanın hərbçisi Valeri Permyakov hadisə yerindən qaçıb. Onun bazanı icazəsiz tərk etdiyi deyilir. Hazırda onun axtarışları davam edir. Qətlin motivi hələlik məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm