Səfir: “Əli Əhmədov Fransaya Prezidentin tapşırığı ilə gəlmişdi” – ÖZƏL
Bizi izləyin

Nida.az

Səfir: “Əli Əhmədov Fransaya Prezidentin tapşırığı ilə gəlmişdi” – ÖZƏL

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov yanvarın 7-də "Charlie Hebdo" satirik jurnalının Paris redaksiyasına silahlı şəxslərin hücum etməsinə münasibət bildirib.

E.Əmirbəyov Publika.az-a eksklüziv açıqlamasında deyib ki, Fransada məlum hadisə ilə əlaqədar soydaşlarımız tərəfindən hər hansı aksiya və ya tədbirin təşkil olunması, həmçinin onlara qarşı təzyiqlərin olması barədə səfirliyə məlumat daxil olmayıb. Onun sözlərinə görə, Fransada baş verən terror aktından dərhal sonra radikallar tərəfindən bir neçə məscidə və dini obyektlərə müxtəlif hücumlar olsa da, Fransa hökumət üzvləri və rəhbərliyi tərəfindən bu addımlar pislənilib: “Yanvarın 11-də Parisdə təşkil olunan həmrəylik yürüşünün əsas məqsədi də ondan ibarət oldu ki, bu cür hadisələri islam dini ilə əlaqələndirmək heç də doğru deyil. Yəni, yəhudi, xristian, müsəlman və sairə olmasının fərqi yoxdur. İslam din olaraq heç də zorakılığı və terroru dəstəkləmir. Fransa hökuməti də vəziyyəti dünya ictimaiyyətinə bu formada çatdırır”.

E.Əmirbəyov Parisdə keçirilən həmrəylik yürüşündə Azərbaycanı baş nazirin müavini Əli Əhmədovun təmsil etdiyini söyləyib: “Bildiyiniz kimi, Parisdə təşkil olunan həmrəylik yürüşündə də Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edirdi. O, Azərbaycan Prezidentinin tapşırığı ilə Fransaya gəlmişdi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm