İlham Əliyev Şri-Lankanın dövlət başçısını təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Şri-Lankanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.

Publika.az-ın Prezidentin rəsmi saytına istinadən məlumatına görə, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm