Nida.az
Prezident 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Sərəncamda Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradıldığı bildirilir.
Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi,
yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və
institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə
yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq
təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının
artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer
təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir
infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi
genişləndirilib.
Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi
suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə
və torpaqların münbitliyinin qorunmasına şərait yaradır.
Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki,
kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna
olmaqla, vergilərdən azad ediliblər. Fermer və sahibkarlar güzəştli
şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə,
texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni
zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün
dövlət subsidiyalar verir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan
vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda
mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin
etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli
şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək
məqsədi ilə qərara alıram:
1. 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili”
elan edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan
Respublikasının Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin
Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə
dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!