Kommunistlərin lideri Qərbi “topa tutdu”
Bizi izləyin

Nida.az

Kommunistlərin lideri Qərbi “topa tutdu”

“ABŞ dünyanı idarə etmək istəyir. Vaşinqtonun əsl siyasəti də məhz budur”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib.

Onun sözlərinə görə, ABŞ SSRİ-nin mövcudluğu dövründə istədiyini həyata keçirə bilmirdi və Sovet İmperiyasından çəkinirdi.

R.Qurbanov deyib ki, SSRİ süqut etdikdən sonra ABŞ dünyaya ağalıq iddiasına düşüb: “Bildiyiniz kimi, Azərbaycan regionda müstəqil siyasət yürüdür. Bu müstəqil siyasəti aparmaq da ABŞ kimi bir sıra Qərb dövlətlərinə sərf etmir. ABŞ-a müstəqil siyasət yürüdən dövlət sərfəli deyil. Bu gün Qərb bir qrup dövlətləri terrorçuları dəstəkləməkdə, bir qrup ölkələri isə qeyri-demokratik şərait yaratmaqda və Rusiyanın yanında olmaqda günahlandırır. Sual olunur: Rusiyanın yanında olmaq nə üçün günah hesab olunmalıdır? Məgər Azərbaycan böyük şimal qonşusu olan Rusiya ilə düşmən olmalıdır? Bütün bunlar çirkin mövqeyin bariz nümunəsidir. Mən hər zaman demişəm ki, indi dünyada ABŞ üçün dost və yaxud müttəfiq yoxdur, sadəcə olaraq strateji maraqlar var. Bu nöqteyi-nəzərdən də bu gün Qərb dövlətləri Şərqin bir sıra müsəlman ölkələrini terroru dəstəkləməkdə günahlandırırlar. Qərb Azərbaycan üçün belə bir əsas tapa bilmədiyi üçün, Rusiya ilə yaxınlıq etməkdə və qeyri-demokratik olmaqda günahlandırmağa cəhdlər edir. Hesab edirəm ki, bütün bu cəhdlər də faydasız olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm