• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Niderland nəşri Azərbaycanın sərvətlərindən yazdı - FOTO

  • Nida.az
  • 13 Yanvar 2015 17:37
  • 423 Baxış
Niderland nəşri Azərbaycanın sərvətlərindən yazdı - FOTO

Niderlandın “Dagblad de Limburger” qəzeti Azərbaycandan yazıb.


Bu barədə Publika.az-a Niderland Krallığının Lumburq əyalətində fəaliyyət göstərən “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətindən məlumat verilib.


Cəmiyyətin həyata keçirdiyi layihələr nəticəsində son zamanlar sözügedən əyalət ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrin genişlənməsi sahəsində bir sıra nailiyyətlər əldə edilib.


Bir neçə gün öncə ölkənin üçdə birini təşkil edən Limburg əyalətində nəşr edilən “Dagblad de Limburger” qəzetində bu barədə geniş məqalə çap edilib.

Məqalədə respublikamızın zəngin təbii sərvətlərindən, ölkədə sürətlə həyata keçirilən sosial-iqtisadi islahatlardan, ölkənin inkişaf perspektivlərindən və Limburq əyalətinin respublikamıza artan maraqlarından və inkişaf etməkdə olan qarşılıqlı dostluq münasibətlərindən söhbət açılır.

Məqalədə bu əlaqələrin möhkəmləndirilməsi üçün həyata keçiriləcək konkret addımlardan da danışılır. Bu işdə Azərbaycanın yaxın dostu, parlamentin birinci palatasının üzvü Rene Van Der Lindenin şəxsi təşəbbüsü qeyd edilir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR