
Mərkəzi Seçki Komissiyası (MSK) üç seçki komissiyasını yenidən formalaşdırmaqla bağlı qərar qəbul edib.
MSK-dan Publika.az-a verilən məlumata görə, 2014-cü il dekabrın
23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair
Mərkəzi Seçki Komissiyasının 12 yanvar tarixli qərarına əsasən
seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən
olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 54
saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı
Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları
buraxılıb.
Seçki Məcəlləsinin 18.3-cü maddəsinə və Azərbaycan Konstitusiyasının 3, 83, 101 və 142-ci maddələrinə uyğun olaraq dairə seçki komissiyaları daimi fəaliyyət göstərən dövlət orqanlarıdır və seçki qanunvericiliyinə əsasən buraxılan dairə seçki komissiyaları MSK tərəfindən yenidən formalaşdırılır.
Asif