“Rusiya Qarabağa quru yol açır: Müharibə başlaya bilər” – ŞOK İDDİA
Bizi izləyin

Nida.az

“Rusiya Qarabağa quru yol açır: Müharibə başlaya bilər” – ŞOK İDDİA

“Qarabağda müharibə başlayacaqsa, Rusiya Gürcüstan vasitəsilə Ermənistana hərbi yol açacaq”.

Publika.az xəbər verir ki, bu iddia ilə Gürcüstanın “Versiya” nəşri çıxış edib.



Bu ölkənin keçmiş baş naziri Tengiz Siqua nəşrə bildirib ki, Rusiya Abxaziya və Cənubi Osetiya ilə müqavilə imzalamaqla öz qoşunlarını bu ərazilərdə istədiyi zaman yerləşdirmək hüququ əldə etdi: “Bu, Ermənistan və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda xüsusilə təhlükəlidir. Əgər Dağlıq Qarabağda yenidən müharibə başlayacaqsa, Rusiya mütləq Cənubi Qafqazda ən böyük hərbi bazası olan Gümrüyə quru yolu açmaq istiqamətində işlərə başlayacaq. Çünki bazanı hava yolu ilə qismən təmin etmək mümkündür, lakin ağır texnika üçün quru yolu vacibdir. Rusiya bunun üçün icazəsiz də olsa Gürcüstan ərazisini istifadə edəcək”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm