“Azərbaycanda 364 bələdiyyə sədri məsuliyyətə cəlb edilib” – nazir müavini
Bizi izləyin

Nida.az

“Azərbaycanda 364 bələdiyyə sədri məsuliyyətə cəlb edilib” – nazir müavini

“Azərbaycanda 364 bələdiyyə sədri məsuliyyətə cəlb edilib” – nazir müavini

“2013-cü il ərzində 3460,5 ha torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq icarəyə verilmiş 3196,66 ha torpaq sahəsi, xüsusi mülkiyyətə verilmiş 242,78 ha torpaq sahəsi, istifadəyə verilmiş 21,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb”.

Publika.Az-ın məlumatına görə, bunu Milli Məclisə təqdim edilmiş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzədə ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirilib.

Məruzəni təqdim edən V.Zahirov söyləyib ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinə görə bələdiyyələr bu maddədə nəzərdə tutulmuş bələdiyyə aktlarını onların qanunauyğunluğunun müəyyən edilməsi məqsədi ilə 15 gübdən gec olmamaqla inzibati nəzarəti həyata keçirən orqana təqdim etməsi tələbinə baxmayaraq, bir sıra bələdiyyələr tərəfindən mütləq təqdim edilməli olan bələdiyyə aktları qanunla müəyyən olunmuş müddətdə ekspertizaya göndərilməyib.

O deyib: “Belə halların qarşısının alınması məqsədi ilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında 415 protokol tərtib edilərək aidiyyatı məhkəmələrə göndərilib və bununla bağlı 364 bələdiyyə sədri (bəziləri hətta 2 dəfə) inzibati məsuliyyətə cəlb edilib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm