• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Komitə sədri: “Prezidentin benzinlə bağlı qərarı onun xalqı düşündüyünü göstərdi”

  • Nida.az
  • 14 Yanvar 2015 14:12
  • 436 Baxış
Komitə sədri: “Prezidentin benzinlə bağlı qərarı onun xalqı düşündüyünü göstərdi”

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimov Prezident İlham Əliyevin Tarif Şurasının benzinin bahalaşması ilə bağlı qərarını ləğv etməsinə münasibət bildirib.

E.İbrahimov Publika.az-a açıqlamasında Prezidentin bu qərarını yüksək qiymətləndirdiyini söyləyib: “Cənab Prezident bu qərarı ilə insanları düşünərək çox böyük addım atdı və əhalini sevindirdi. Bununla dövlət başçısı bir daha xalqı düşündüyünü və onların problemlərinin həllinə çalışdığını nümayiş etdirdi. Buna görə mən də seçicilər adından dövlət başçımıza təşəkkür edirəm. Təbii ki, benzinin litrinin 2 qəpik artımı bütövlükdə böyük rəqəm idi. Bu cür bahalaşma əhalinin güzaranına təsirsiz ötüşməyəcəkdi. Digər tərəfdən, bir çox neft ölkələrində iqtisadi böhran yaşansa da, ancaq Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edir. Bütün bunlar isə cənab Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir. Hesab edirəm ki, Azərbaycan əhalisi bu qərardan çox sevinir”.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Tarif Şurasının benzinin qiymətinin 2 qəpik bahalaşması ilə bağlı qərarını ləğv edib.

Şuradan Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikası prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib.

İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.

Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.

Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək. Qərarın tam mətni Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR