Vahid Əhmədov: “Prezidentin bu addımı təqdirəlayiqdir”
Bizi izləyin

Nida.az

Vahid Əhmədov: “Prezidentin bu addımı təqdirəlayiqdir”

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, iqtisadçı ekspert Vahid Əhmədov Prezident İlham Əliyevin Tarif Şurasının benzinin bahalaşması ilə bağlı qərarını ləğv etməsinə münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, bu qərar hələ ötən il dekabrın sonunda Milli Məclisdə qəbul edilən zaman bununla bağlı ciddi müzakirələr gedib və sonradan Tarif Şurası da bunu təsdiq edib: “Ancaq cənab Prezident bu qərarı ləğv etdi. Əgər bu artım davam etsəydi, o zaman biz ölkədə müxtəlif sahələrdə, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarında da qiymət artımını müşahidə edəcəkdik. Benzinin qiymətinin 2 qəpik artımı əhali arasında narazılığa da səbəb olmuşdu. Yəqin ki, cənab Prezident də əhalinin bundan narazı qaldığını bilib və qiymət artımı ilə bağlı tarif Şurasının məlum qərarını ləğv edib. Mən ölkə başçısının bu addımını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Prezidentin bu addımı tamamilə doğrudur”.

V.Əhmədov onu da bildirib ki, indi dünyada benzinin qiyməti aşağı düşür: “ABŞ-da, qonşu ölkələrdən olan Rusiyada, Türkiyədə və Gürcüstanda da neftin qiyməti aşağı enib. Ona görə də Azərbaycanda da benzinin qiyməti aşağı düşməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm