• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sui-qəsd, yaxud Fransaya 500 milyard xərac - ŞOK

  • Nida.az
  • 14 Yanvar 2015 19:05
  • 718 Baxış
Sui-qəsd, yaxud Fransaya 500 milyard xərac - ŞOK

Fransa keçmiş müstəmləkələri olan 14 Afrika ölkəsindən 60 ildən çoxdur ki, “koloniya vergisi” adı altından xərac toplayır.

Publika.az xəbər verir ki, “siliconafrica” saytı Fransanın Afrika ölkələri üzərindəki müstəmləkəçiliyinin siyasi baxımdan başa çatmasına baxmayaraq, maliyyə müstəmləkəçiliyinin hələ də davam etdiyini yazıb.


Qeyd olunur ki, Fransa 1958-ci ilə qədər istismar etdiyi 14 Afrika ölkəsindən hazırda hər il təxminən 500 milyard dollar pul alır.


“Bu ölkələrin illik gəlirlərinin 85 faizi hər il Fransa mərkəzi bankında toplanır. Digər 15 faiz ilə iqtisadiyyatlarını idarə etməyə çalışan Afrika ölkələri maliyyə çətinlikləri ilə qarşılaşacağı halda Fransa mərkəz bankına qoyduqları pullarını borc kimi almaq məcburiyyətindədir. Amma bu ölkələr bir il ərzində Fransaya verdiyi puldan maksimum iyirmi faiz borc ala bilir. Daha böyük miqdarda borc almaq istəyi isə Fransanın vetosu ilə qarşılaşır”, - deyə sayt yazıb.


Fil dişi Sahili, Niger, Seneqal, Togo, Çad, Konqo, Qabon Fransaya müstəmləkə vergisi ödəyən ölkələr sırasındadır.

Bu ölkələrin tarixinə nəzər saldıqda, Fransaya vergi ödəmək istəməyən liderlərin ya sui-qəsdin, ya da çevrilişin qurbanı olduğunu görmək olar. Son 26 ildə 26 Afrika ölkəsində 67 hərbi çevriliş olub. Onların 61 faizi keçmiş Fransa müstəmləkəsi olan ölkələrdir.


Bu ölkələrdə həyata keçirilən hərbi çevrilişlərin Fransa müstəmləkəsi zamanı yaradılan legioner əsgərlər tərəfindən reallaşdırıldığı faktı var.

2014-cü ildə Fransaya ödənilən müstəmləkə vergisinin müddəti başa çatıb. Bu il məsələnin necə həll olunacağı əsas suallardandır.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR