Nida.az
“Müsavatda yenilik lazımdır”-Tural Abbaslı da başqan olmaq istəyir
“Müsavatın başqanlığına namizədliyimi vermək fikrindəyəm. Hesab edirəm ki, yenilik lazımdır”.
Bu barədə Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Publika.Az –a açıqlamasında deyib. Lakin o bildirib ki, yenilik əvvəlki üzvlərin rəhbərlikdən getməsi kimi başa düşülməməlidir: “Qətiyyən bununla razı deyiləm. Yenilik “silbaştan” demək deyil. Sadəcə olaraq yeni simalar, yeni fikirlər, yeni yanaşmalar olmalıdır. Alternativ çıxış yolları axtarılmalıdır.
Müsavat 100 illik partiyadır və əbədi olaraq müxalifətdə qalmaq üçün yaranmayıb. Artıq hakimiyyətə gəlməyin digər yollarını da sınaqdan keçirmək lazımdır. Digər yolları da digər insanlar həyata keçirməlidir. Biz bu fikirdə olduğumuza görə namizədliyimi verəcəm”.
T. Abbaslı qeyd edib ki, Müsavat gənclərə şərait yaratmaqda
digər partiyalara da nümunə olmalıdır.
“Müsavat bu məsələlərdə öncül olduğuna görə, digər partiyalara da
nümunə olsun ki, artıq yeni simalara, yeni insanlara, gənclərə
şərait yaradılmanın zamanıdır. Ən azından onlar da öz bacarıqlarını
göstərmək üçün uyğun platforma tapmalıdır.
Mənim və ətrafımızdakı gəncləri bəzi fikirləri, ideyaları var və bunların həyata keçirilməsi üçün namizədliyimi irəli sürmək qərarına gəldim. Çalışacağıq ki, seçkidə layiqincə təmsil olunaq və uğur qazanaq”-deyə o vurğulayıb.
“Yeni yanaşmalar, ideyalar lazımdır”
T. Abbaslı başqan olacağı təqdirdə aparacağı islahatlara da
toxunub. Bildirib ki, Müsavatın mükəmməl proqram və nizamnaməsi var
və ora yeniliklər əlavə etməyə, bir növ yenidən velosiped kəşf
etməyə ehtiyac yoxdur: “Sadəcə olaraq bu proqramın, nizamnamənin
tətbiqində, partiya quruculuğunda yeni yanaşmalar, ideyalar qatmaq
lazımdır. Yəqin ki, bundan çıxış edəcəyik.
Partiya strukturlarının yenilənməsi, yeni insanların təmsilçiliyi, respublika üzrə strukturların gücləndirilməsi, gənclərin aktiv iştirakı, cəmiyyət daxilində müxtəlif qrupların partiyaya çıxışlarının təmin edilməsi və ən əsası partiyanın xalqla bütövləşməsidir. Hakimiyyətin 20 ilik siyasəti nəticəsində partiyalar və cəmiyyət aralı düşüb. Xalq elə gəlir ki, siyasət onların işi deyil.
Bu tendensiyanı aradan qaldırmalıyıq ki, insanların partiyanın onların həyatının tərkib hissəsi olduğunu görsünlər və aktiv iştirak etsinlər. Zamanı gələndə bu istiqamətdə təkliflərimiz olacaq və bunları həm qurultaya, həm də ictimaiyyətə təqdim edəcəyik”.
“İsa Qəmbərin şəxsi mövqeyinə görə bu məsələ aktuallığını
itirir”
T. Abbaslı İsa Qəmbərin başqanlıqdan getməsinə də münasibət
bildirib. Onun sözlərinə görə, Müsavatın daxilində 95 faiz İ.
Qəmbərin getməsinin əleyhinədir: “Bəzən deyirlər ki, İsa bəy gedir.
İsa bəy başqanlıdan gedə bilər, lakin bu, siyasətdən getməsi demək
deyil. O, partiyada fəaliyyətini davam etdirəcək və müvafiq orqana
seçiləcək. Əminəm ki, Müsavat böyük məmnuniyyətlə buna səs verəcək.
Digər tərəfdən Müsavat daxilindəki proseslərə yaxşı bələd olan biri
kimi deyə bilərəm ki, İsa bəyin getməsini, yaxud getməməsini
istəyən qruplar yoxdur. Partiyanın böyük əksəriyyəti, hardasa 95
faizi İsa Qəmbərin başqanlığa davam etməsini istəyir. Bunun üçün
nizamnaməyə dəyişikliyin edilməsini, yaxud digər çıxış yolları
təklif edirlər. Amma sırf İsa Qəmbərin şəxsi gücü və mövqeyinə görə
bu məsələ aktuallığını itirir”.
“Heç bir namizəd favorit deyil”
Divan üzvü Müsavat başqanlığına namizədlərdən heç kimin favorit
olmadığını bildirib. Qeyd edib ki, Müsavat daxilində seçkini
öncədən müəyyənləşdirmək mümkün deyil.
“Qurultayın 600-dən çox nümayəndəsi var və bütün Azərbaycanı əhatə edir. Azərbaycan üzrə rayon təşkilatlarında keçirilən konfranslarda qurultay nümayəndələri seçilib. Yəni seçkiləri əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.
Təbii ki, başqanlığa namizədlər partiya daxili elektoratlarına
və güclərinə bələddir. Lakin deməzdim ki, kimsə favoritdir, yaxud
şansları daha çoxdur. Kimin nə deməyindən asılı olmayaraq partiya
daxilində hər bir namizədin şansları kifayət qədərdir. Kimin qalib
gələcəyini isə qurultay göstərəcək”-deyə Divan üzvü diqqətə
çatdırıb.
Asif Nərimanlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!