Nida.az
Prezident İlham Əliyev: “Ermənistan sülh istəmir”
"Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır. BMT Təhlükəsizlik Şurası – dünyanın ən üst qurumu Ermənistanın işğalçı qüvvələrinin bu torpaqlardan çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, bu qətnamələr icra edilmir. Bu, onu göstərir ki, Ermənistan sülh istəmir".
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
İlham Əliyev bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edildi: "Bir daha cənab Prezidentə minnətdarlığımı bildirdim ki, Türkiyənin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə bu məsələdə ədaləti, haqqı, beynəlxalq hüququ, öz qardaşlarını dəstəkləyir".
Dövlət başçısı qeyd edib ki, əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu
da bu işlərdə heç bir nəticə hasil edə bilmir: "Fəaliyyət var,
ancaq əfsuslar olsun ki, nəticə yoxdur. Keçən il danışıqlar
prosesində müəyyən irəliləyiş müşahidə olunurdu. Ancaq Ermənistanın
təxribat xarakterli addımları, xüsusilə, noyabr ayında işğal
edilmiş torpaqlarda – Ağdam rayonu ərazisində genişmiqyaslı
təlimlərin keçirilməsi və Azərbaycanın mövqelərinə hücum etməsi,
əlbəttə ki, Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı,
düşmən yerinə oturduldu. Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə
müsbət təsir göstərmədi. Bu münaqişə yalnız ərazi bütövlüyü
çərçivəsində öz həllini tapa bilər".
İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək: "Biz buna nail olmaq üçün daha da güclü olmalıyıq. Bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya miqyasında önəmli bir faktordur. Bu faktoru heç kim inkar edə bilməz".
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı