Nida.az
İlham Əliyev: "Azərbaycan və Türkiyənin müdafiə sahəsində böyük planları var"
"Bu gün Strateji Əməkdaşlıq Şurasının 4-cü toplantısında müzakirə olunan məsələlər və bu məsələlərin həlli, əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini daha da yüksək pilləyə qaldıracaq". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Göstərilən qonaqpərvərliyə görə Rəcəb Tayyib Ərdoğana
minnətdarlığını bildirən İlham Əliyev deyib: "Sizin qeyd etdiyiniz
kimi, bu il mən ilk rəsmi səfərimi Türkiyəyə, qardaş ölkəyə edirəm.
Bu da təbiidir. Çünki bu, artıq gözəl bir ənənədir. Eyni zamanda,
bu səfər bizə imkan verdi ki, bu il ərzində görüləcək işləri bir
daha müzakirə edək və öz birgə fəaliyyət planımızı təsdiq
edək".
Prezidentin sözlərinə görə, bu gün imzalanan birgə bəyanatda
Türkiyə-Azərbaycan əlaqələrinin əvvəlki dövrü, görülən işlər və
görüləcək işlər öz əksini tapıb: "Bizim əlaqələrimiz tarixi
köklərə, xalqlarımızın qardaşlığına söykənir və bu gün bu əlaqələr
dünyada ən yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə və Azərbaycan
kimi bir-birinə bağlı, yaxın olan ikinci ölkələr yoxdur. Bu birliyi
təsdiqləyən bir çox məqamlar var. Onlardan biri də, əziz qardaşımın
dediyi kimi, Türkiyənin Azərbaycanı G-20-yə dəvət etməsidir. Bu
bizim üçün böyük şərəfdir. İlk növbədə ona görə ki, bu dəvət
Türkiyədən gəlmişdir və həm Türkiyə və Azərbaycan xalqlarına, həm
də bütün dünya xalqlarına bir daha göstərir ki, biz bir-birimizə nə
qədər yaxınıq, bir-birimizə nə qədər bağlıyıq. Bu dəvətə və
Azərbaycana göstərdiyiniz bu diqqətə görə, əziz qardaşım, şəxsən
sizə minnətdaram. Əminəm ki, bundan sonra da Türkiyə-Azərbaycan
dostluq və qardaşlıq əlaqələri uğurla davam etdiriləcəkdir. Eyni
zamanda, 24 apreldə Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və
bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı
adından sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir
addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə
qiymətləndirəcəklər. O ki qaldı bugünkü toplantıya, əziz qardaşımın
qeyd etdiyi kimi, bir çox məsələlər müzakirə edildi, qərarlar
verildi, nazirlər öz aralarında görüşlər keçirdilər. Əminəm ki,
bütün bu məsələlərin həlli bizi daha da yaxın edəcək".
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında müdafiə sahəsində
əməkdaşlıq genişlənir: "Biz Türkiyədən çoxlu silah-sursat alırıq.
Eyni zamanda, Azərbaycanda birgə müdafiə sənayesi məhsullarının
istehsalı haqqında da bu gün fikir mübadiləsi aparıldı. Biz
Türkiyənin böyük uğurlarına sevinirik. Türkiyə bu gün dünya
miqyasında bir güc mərkəzidir. Türkiyə nə qədər güclü olarsa,
Azərbaycan da bir o qədər güclü olacaq. Bizim gücümüz, əlbəttə ki,
siyasi gücdür, iqtisadi və hərbi gücümüzdür. Ona görə də müdafiə
sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlarımız var.
Qeyd etməliyəm ki, Azərbaycanda bir neçə gün ərzində
Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirilmişdir. Bu təlimlər
bundan sonra mütəmadi qaydada keçiriləcəkdir".
İlham Əliyev vurğulayıb ki, bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir faktordur və bu faktoru heç kim inkar edə bilməz: "Ən böhranlı illərdə belə, Türkiyə və Azərbaycan inkişaf edirlər. İnsanların rifah halı yaxşılaşır, dünya miqyasında bizim rolumuz artır, beynəlxalaq mövqelərimiz möhkəmlənir. Bu onu deməyə əsas verir ki, gələcək illərdə Türkiyə və Azərbaycan inkişaf edəcəklər və biz daha böyük tərəqqi görəcəyik".
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...