Avropa Parlamentində cəbhədə atəşkəsin pozulmasından danışdılar
Bizi izləyin

Nida.az

Avropa Parlamentində cəbhədə atəşkəsin pozulmasından danışdılar

Tədbirdə 100-dən artıq deputat, parlamentin rəhbər işçiləri, Xarici İşlər Komitəsinin üzvləri və siyasət üzrə köməkçilər iştirak edib.

Bu günlərdə Azərbaycan Kommunikasiya Ofisi Brüsseldə, Avropa Parlamentində qəbul təşkil etmişdir. Avropa Parlamentinin Fransanın Nice şəhərindən olan üzvü Gaston Frankonun təşəbbüsü ilə parlamentin içində təşkil olunmuş tədbir səmərəli olub və dostluq atmosferində keçib. Tədbirdə 100-dən artıq deputat, parlamentin rəhbər işçiləri, Xarici İşlər Komitəsinin üzvləri və siyasət üzrə köməkçilər iştirak edib.

Bu tədbir Azərbaycan və Avropa Parlamenti arasındakı əlaqələrin möhkəmlənməsi və vurğulanması üçün yaxşı bir fürsət olmuşdur. OCAZ-ın Brüssel ofisinin direktoru Müslüm Məmmədov bütün iştirakçıları salamlayaraq onlara öz təşəkkürünü çatdır;b. O, Azərbaycan və Avropa İttifaqı arasındamüsbət əlaqələrin mövcud olduğunu bildirib. M. Məmmədov vurğulayıb ki, daim Avropa institutları ilə yaxşı əlaqələri inkişaf etdirən Azərbaycan nisbətən gənc ölkə və gənc demokratiyadır. Keçən ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı Vilnus sammitində imzalanmış müqavilənintərəflər arasındakı əlaqələrin daha da inkişafına səbəb olacağını qeyd edib. M.Məmmədov Avropa Parlamenti nümayəndələrinin Azərbaycana səfər etməsi və Avropa üçün strateji cəhətdən mühüm regionda yerləşən, sürətlə inkişaf edən və dəyişən ölkəmiz haqqında nümayəndələr tərəfindən rəy bildirilməsi arzusunu dilə gətirib.

O, həmçinin,Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış mövcud vəziyyət barəsində danışıb. M.Məmmədov bildirib ki, Azərbaycan dünya ictimaiyyətini, eləcə də Avropa İttifaqını beynəlxalq hüququn prinsiplərinə və Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə əməl etməyə çağırmaqda davam edəcək. Natiq cəbhədəki gərgin vəziyyət və son hadisələr barədə danışıb və parlament nümayəndələrini bu münaqişənin həlli üçün cəhd göstərməyə çağırıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm