• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ermənistanda Rusiyadan əvvəl siyasi böhran yaşana bilər

  • Nida.az
  • 16 Yanvar 2015 13:29
  • 374 Baxış
Ermənistanda Rusiyadan əvvəl siyasi böhran yaşana bilər

“Rusiyadakı hazırkı vəziyyət Ermənistana bundan sonra daha çox bəlalar gətirəcək”.


Publika.az xəbər verir ki, bu barədə ADR təsisçisi, iqtisadçı alim Qubad İbadoğlu “facebook” səhifəsində Rusiyanın Gümrü hərbi bazasında xidmət edən hərbçisinin erməni ailəsini məhv etməsindən sonra bu ölkədə baş verən etirazlara münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Ermənistanda hazırkı etirazların kökündə əhalinin acınacaqlı vəziyyəti dayanır: “6 ermənini qətlə yetirən rus hərbçinin Ermənistana verilməsi tələbi ilə Gümrüdə keçirilən mitinqin motivi dəhşətli cinayət işi olsa da, əslində etiraz aksiyasının yaranmasının başlıca səbəbləri gündən-günə yoxsullaşan ermənilərin, xüsusilə rus rublunun dəyərsizləşməsinin təsirindən daha da pisləşən sosial durumu, Avrasiya İttifaqına daxil olandan sonra artan anti-rus əhval ruhiyyəsi və bir qrup yerli oliqarxların idarə etdiyi, illərlə yığılmış problemləri həll etməyən, eləcə də uzun müddət dəyişməyən korrupsiyalaşmış hakimiyyətidir. Məhz bu səbəblərdən mitinq iştirakçılarının bir hissəsi indi öz etirazlarını bir cinayətin ətrafında cərəyan edən hadisələrlə təqdim edirlər. Rəsmi statistikaya görə, ötən ilin ikinci yarısından etibarən azalmağa başlayan bank vasitəsilə Rusiyadan daxil olan pul göndərişləri yalnız noyabr ayında 31 faiz aşağı düşüb, son 2 ayda dram dollara nisbətdə 10 faizdən çox ucuzlaşıb və özünün psixoloji həddinə - 500 dram 1 dollar nisbətinə yaxınlaşıb. Hazırkı məzənnə 477 dram 1 dollar nisbətindədir. Bütün bunlar ölkədə xüsusilə də ərzaq məhsullarının qiymətinin kəskin bahalaşmasına gətirib çıxarıb. Rusiya ilə bağlılıqlarında heç bir perspektiv görməyən ermənilər hazırda Rusiyaya qarşı olan mövqeyini 1 rus zabitinin cinayətinə olan etirazla ifadə edirlər”.


Q. İbadoğlu heç bir alternativi qalmayan Ermənistanın Rusiyadan əvvəl siyasi böhran yaşaya biləcəyini qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR