Nida.az
Bələdiyyə seçkilərinin yekun nəticələri elan olundu
Azərbaycanda 2014-cü il 23 dekabr tarixində keçirilən bələdiyyə seçkilərinin yekun nəticələri elan olunub.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai
əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Seçki
Məcəlləsinin 241-ci maddəsinə əsasən seçkilər günündən başlayaraq,
25 gün müddətində MSK bələdiyyə seçkilərinin yekununu elan
etməlidir.
Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və
tədbirlərin Təqvim Planında bunun üçün yanvarın 17-dək vaxt
ayrılıb. MSK artıq Təqvim Planında nəzərdə tutulmuş bu vəzifəni
yerinə yetirib. Bələdiyyə seçkilərinin yekunları ilə bağlı
Azərbaycan qəzetinin xüsusi əlavəsi dərc olunub. Əlavədə 3 dekabr
2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkiləri nəticəsində
formalaşmış 1599 bələdiyyəyə seçilmiş 14 963 üzvün adı yer
alıb.
Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi üzrə bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmadığına görə, bələdiyyə seçkiləri ümumilikdə 125 seçki dairəsinin 118-də, 5015 seçki məntəqəsi üzrə keçirilib. 1607 bələdiyyəni əhatə edən seçkilərdə 15035 bələdiyyə üzvlüyünə 37077 nəfərin namizədliyi qeydə alınıb və bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb.
MSK-nın iclasında komissiya üzvlərinin müzakirəsi zamanı 2014-cü il
dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutduğu, bu
seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki
Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirildiyi
qeyd olunub.
Qeyd edək ki, MSK 72 bələdiyyə üzvünün seçiləcəyi 8 bələdiyyə üzrə
səsvermənin nəticələrini etibarsız sayıb.
Sonda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki
Komissiyasının yekun protokolu tərtib edilib və Komissiya üzvləri
tərəfindən imzalanaraq təsdiqlənib.
Asif Nərimanlı
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək