Nida.az
“Foreign Affairs”: “Moskva Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir” - MÖVQE
“Rusiya Azərbaycanı məmnuniyyətlə Avrasiya İttifaqında görmək istəyir”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Affairs”
nəşrində yayımlanan “Avrasiya illüziyası” başlıqlı məqalədə
deyilir.
Nəşr Rusiyanın artıq 20 ildir keçmiş sovet respublikalarının
bərabərhüquqlu inteqrasiyaya çağırdığını bildirir: “Daha əvvəl də
bu hədəfə nail olmaq üçün uğursuz cəhdlər olub. Söhbət Müstəqil
Dövlətlər Birliyindən (MDB) gedir. Uçurumun kənarında olan bu
birlik Azərbaycanı, Ermənistanı, Belarusu, Qazaxıstanı,
Qırğızıstanı, Moldovanı, Tacikistanı, Ukraynanı, Özbəkistanı və
Rusiyanı özündə birləşdirirdi. Lakin MDB yarandığı gündən işlək
mexanizmi olmayan quruma çevrildi. 2010-cu ildə Rusiya yeni cəhdlər
etdi. Nəticədə Belarus və Qazaxıstanı Avrasiya İttifaqının əsasını
təşkil edən Gömrük Şurasına daxil etməyi bacardı. Əvvəldən Moskva
təşkilatın iqtisadi inkişafa nail olacağına və siyasi inteqrasiyaya
gətirib çıxaracağına ümid edirdi. Lakin hər şey gözlənildiyi kimi
olmadı. Xüsusilə ittifaq üzvləri arasında iqtisadi tarazlığın
olmaması diqqət çəkir. Təbii ki, belə bir tarazlığın olmaması ilk
növbədə Rusiya üçün əlverişlidir. Çünki bu halda digər dövlətlər
həmişə ikinci dərəcəli olacaqlar. Lakin rublun məzənnəsinin düşməsi
Moskva üçün də yeni çətinliklər yaratdı”.
Nəşr Rusiyanın Avrasiya İttifaqı fonunda yeni hədəflərinə də
toxunub. İddialara görə, Kreml Azərbaycanı bu ittifaqda görmək
istəyir.
“Ən azından Moskva bundan məmnun olardı. Lakin Bakı Avropa
Birliyinə yox dediyi kimi, eyni cavabı Avrasiya İttifaqına da
verdi. Qafqazın digər ölkəsi olan Ermənistan isə Avropa Birliyini
aldadaraq Putinin ittifaqını seçdi. İrəvanın bu addımı ruslar
tərəfindən alqışla qarşılandı. Amma zəif iqtisadiyyata malik
Ermənistan ümumilikdə ittifaq üzvlərinə başağrısı olacaq. Bu ölkə
ilə quru əlaqəsinin olmaması da əlavə problemlər yaradır. Rusiya
quru yolu açmaq niyyətində olsa da, yenə də qazandığı heç nə
yoxdur”, - deyə nəşr yazıb.
“Foreign
Affairs” Avrasiya İttifaqını illüziya adlandırır və bu qurumun
perspektivsiz olacağını vurğulayır.
Asif Nərimanlı
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü