Niyaməddin Orduxanlı: “ABŞ-ın Azərbaycanla bağlı mövqeyi Rusiyaya xidmət edir”
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: “ABŞ-ın Azərbaycanla bağlı mövqeyi Rusiyaya xidmət edir”

“Əslində ABŞ-la Azərbaycan dövlətinin münasibətlərinin korlanması Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi İstanbula dəvət etdiyi dövrə təsadüf edir”.

Publika.az-ın məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib.

Orduxanlının sözlərinə görə, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və “Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda Makkeyn İnstitutunun icraçı direktoru vəzifəsində çalışan Devid Kramer “Azadlıq” radiosunun rus xidmətinə Azərbaycanın əleyhinə müsahibə veriblər: “Çox təəssüf ki, hər iki şəxsin müsahibəsində dövlətimizin maraqlarına zidd ifadələr olduğu halda, Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzeti bunu dərc edib. Devid Kramerin acıqlaması siyasi səviyyəsizlikdir. O müsahibəsində deyir ki, ABŞ-ın maliyyələşdirdiyi “Azadlıq” radiosunun əməkdaşlarının dindirilməsi çox səfeh hərəkətdir. Dindirmənin səbəbinə isə toxunmurlar. Yəni deyirlər ki, biz maliyyələşdiririksə, ona toxunmaq olmaz. “Azadlıq” radiosunun keçmiş rəhbəri Mirzə Xəzər bu yaxınlarda öz bloqunda yazıb ki, 2002-2003-cü illərdə ABŞ “Azadlıq” radiosunun əməkdaşlarına Azərbaycan bölməsinə Dağlıq Qarabağ münaqişəsindən, korrupsiyadan, Azərbaycan-İran münasibətlərindən şərhlər yazmağı qadağan edib. 2003-cü ildə prezident seçkilərindən sonra “Azadlıq” radiosu Azərbaycanda FM dalğası alıb və tədricən siyasətini dəyişməyə başlayıb. “Əslində ABŞ-la Azərbaycan dövlətinin münasibətlərinin korlanması Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi İstanbula dəvət etdiyi dövrə təsadüf edir”. Dövlət başçısı bu dəvətdən imtina etdikdən sonra ABŞ-ın Azərbaycana yönəlik siyasəti də dəyişdi. Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razılıq, Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdı.

Əsl səbəb budur. Keçmiş diplomat Riçard Kozlariç də son məqaləsində bunu açıq yazıb. O, bildirir ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla ciddi danışıqlar aparmalıdır. Kozlariçin nə demək istədiyi cümlənin ikinci hissəsində ifadə olunur. Necə yəni Ermənistanla ciddi danışıq aparmalıyıq? Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Biz torpağımızı işğal edən bir ölkə ilə hansı danısıqları aparmalıyıq? Bu adamların niyyətləri acıq şəkildə ortadadır. Budur sizin 20 ildən artıq tutduğunuz “ədalətli mövqe”? ABŞ bilməlidir ki, Azərbaycana qarşı tutduğu bu cür mövqe birbaşa Rusiyanın maraqlarına cavab verir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm