ATƏT Bakıya azərbaycanlı koordinator göndərir
Bizi izləyin

Nida.az

ATƏT Bakıya azərbaycanlı koordinator göndərir

ATƏT-in Bakıda layihə koordinatoru vəzifəsinə fransalı Aleksis Şaxtahtinski təyin edilib.Publika.Az xəbər verir ki. ATƏT-in yaydığı məlumatda deyilir ki, layihə koordinatoru Bakıda öz işinə bu il martın 1-dən başlayacaq.

A. Şaxtahtinski bildirib ki, «Azərbaycan hökuməti ilə inam və qarşılıqlı hörmətə söykənən» işinə başlamağı səbisizliklə gözləyir:

«Yeni mandatıma müvafiq olaraq mən eyni zamanda hökumətlə, qeyri-hökumət təşkilatları, universitetlərlə, tədqiqatçı institutlarla, yerli hakimiyyətlərlə münasibətdə olacam. ATƏT-in özünəməxsus və hərtərəfli təhlükəsizlik konsepsiyasından tam istifadə edərək, komandamın üzvləri ilə birlikdə ATƏT-in hər üç meyarı üzrə layihələrin icrası ilə təşkilatın prinsip və
öhdəliklərini təşviq edəcəyik”.


A. Şaxtahtinski Fransa Xarici İşlər Nazirliyində xüsusi məsləhətçi kimi çalışıb.
20 ildən çox diplomatik karyerası olan Aleksis Şaxtahtinskixarici ölkələrdə bir sıra vəzifələrdə çalışıb. O, müxtəlif illərdə NATO İnformasiya Ofisinin Moskva bürosunun rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) baş konsulu vəzifələrində çalışıb.

A. Şaxtahtinski bir vaxtlar Bakıda da çalışıb, o, keçmiş ATƏT-in Bakı ofisinin rəhbərinin müavini olub.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm