“Seçkilərdə ziyalıların Müsavata qoşulmasına nail olacağıq”
Bizi izləyin

Nida.az

“Seçkilərdə ziyalıların Müsavata qoşulmasına nail olacağıq”

“Yaxın zamanlarda biz Azərbaycanda olan nüfuzlu bitərəf ziyalıların, mütəxəssislərin Müsavatın komandasına iştirak etməsinə, seçki dönəmində bizim siyahıda mövcud olmalarına nail olacağıq”.

“Yaxın zamanlarda biz Azərbaycanda olan nüfuzlu bitərəf ziyalıların, mütəxəssislərin Müsavatın komandasına iştirak etməsinə, seçki dönəmində bizim siyahıda mövcud olmalarına nail olacağıq”.

Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.Az –a açıqlamasında deyib. Müsavatın kifayət qədər ciddi siyasi qurum olduğunu deyən A. Hacılı bildirib ki, Müsavat rəhbərliyində Azərbaycan siyasətinə təsir etmək imkanlarına malik olan insanlar toplaşıb: “Müsavatın vitrini Azərbaycanda mövcud olan bir çox siyasi partiyaların vitrinindən daha cəlbedicidir. Müsavatın Divanında, Məclisində, digər strukturlarında təmsil olunan insanlar ictimai-siyasi xadim, eləcə də dövlət xadimi olmaq, istər elm və digər sahələrdə nüfuz baxımından Azərbaycanda mövcud olan bir çox siyasi koalisiyaların rəhbərliyində təmsil olunan şəxslərdən daha çox təsir imkanlarına, cəmiyyət arasında daha çox nüfuza malikdirlər”.

A. Hacılı müxalifətin yeni koalisiyasının yaradılması məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, yeni koalisiyanın vacib şərtləri var: “Ciddi koalisiyaların yaradılması üçün bizim partiyanın üzvü olmayan şəxslərin, xüsusilə ziyalıların, ayrı-ayrı sahələr üzrə mütəxəssislərin seçki kampaniyası dövründə Müsavatın siyahlarında mövcud olması, komandasına qatılması həddən artıq vacib şərtlərdən biridir. Düşünürəm ki, yaxın zamanlarda nüfuzlu ziyalıların, mütəxəssislərin bizim komandaya qoşulmasına nail olacağıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm