Nida.az
Qubad İbadoğlu "güclən", Arif Hacılı “qucaqlaşaq” deyir
Müsavat Partiyasının VIII qurultayından narazı qalan qrupun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı bölgələrdə fəaliyyətini genişləndirir.
Publika.az xəbər verir ki, ADR təsisçisi Qubad İbadoğlu hərəkatın Sumqayıt şəhəri, Cəbrayıl, Füzuli və Yasamal rayonları, paytaxtda Nizami, Sumqayıtda isə Qubadlı rayonları üzrə Təşəbbüs qruplarının yaradıldığını açıqlayıb: “ADR hərəkatının Təşkilat Komitəsinin üzvləri Vurğun Əyyub, Ellada Məmmədli, Hamlet Səfixanlı və mənim iştirak etdiyim təsis toplantılarının əsas fərqləndirici cəhətlərindən biri də gənclərin geniş təmsilçiliyidir. Məqsədimiz gəncliyi ADR-in aparıcı qüvvəsinə çevirməkdir”.
Horadiz şəhəri və Qaradağ rayonunda Təşəbbüs qruplarının
yaradılığından da danışan hərəkat təsisçisi bildirib ki, bu
bölgələr üzrə təsis yığıncağında iştirakçıların sayı və tərkibi
qurultayqabağı dövrdə keçirilən görüşdə olanlardan fərqli idi:
“Çünki toplantıya yalnız müsavatçılar deyil, həm də digər siyasi
partiya üzvləri və bitərəflər də qatılmışdı. İki saatdan çox çəkən
müzakirələrdə bir çox mətləblərə aydınlıq gətirildi. Çünki bu gün
də həmişə olduğu kimi, dürüst və açıq danışdıq, bir daha şahid
olduq ki, bu dəyərlər insanlar arasında olan səmimiyyəti daha da
artırır”.
Q. İbadoğlu son 10 gün ərzində ADR hərəkatının 11 rayon üzrə
Təşəbbüs Qrupunun yaradıldığını da bildirib.
Bu arada Ədliyyə Nazirliyi Müsavat Partiyasının VIII qurultayının
nəticələrini tanıyıb.
Bu isə Arif Hacılının tərəfdarlarının böyük sevincinə səbəb olub. Sosial şəbəkələrdə müsavatçılar arasında əsas müzakirə mövzusu budur. Müzakirələrdə Qubad İbadoğlu və tərəfdarları da sərt tənqid olunub.
Müsavat başqanı Arif hacılı isə partiyanın rəsmi saytında bütün
müsavatçılara yenidən qucaqlaşmaq müraciəti edib.
“Müsavatın və Azərbaycan siyasi tarixinin şərəfli səhifələrindən
biri olan VIII qurultayımızla bağlı bütün proseslər başa çatdı.
Siyasi və hüquqi prosedurlar yekunlaşdı. Müsavat öz qurultayı ilə
2014-cü ilə damğasını vurdu. Qurultayımızla bir demokratiya, azad
seçki nümunəsi ortalığa qoyduq. Bəzi nöqsanlar da oldu. Azadlıq və
demokratiya yolu əbədi bir yoldur. Azadlıqlar daim artırılmalı,
demokratik prosedurlar təkmilləşdirilməlidir. Bu bizim amalımızdır.
Şübhəsiz ki, gələcəkdə belə nöqsanların olmaması üçün daha mükəmməl
prosedurlar müəyyənləşdirməliyik.
Artıq 2015-ci il başlayıb. 2015-ci il imkanlar ili olacaq.
Dünyada və regionda gedən proseslər iddia etməyə əsas verir ki, bu
il çoxdan gözlədiyimiz siyasi, iqtisadi, hətta müharibə böhranından
çıxmağımız üçün başlanğıc ili ola bilər. Bu imkanlardan millətimiz
və dövlətimizin mənafeləri naminə yararlanmaq həm də bizdən,
Müsavat üzvlərindən asılı olacaq. Umu-küsüləri, dedi-qoduları
kənara qoyub müəyyən etdiyimiz hədəflər uğrunda fədakar
mübarizəmizi birlikdə davam etdirməliyik. Aramızda nifaq salmaq
istəyənlərin fitnəsi ilə dartışdığımız məsələlər qarşımızda olan
möhtəşəm hədəflərlə müqayisədə çox cılızdır.
Sizə bir daha müraciət edirəm: Gəlin qucaqlaşaq. 2015-ci ili
dünyada Azərbaycan, Azərbaycanda Müsavat ili etmək üçün səylərimizi
birləşdirək”, - deyə Müsavat başqanı qeyd edib.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...