• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“The Guardian”: “Ermənistan dağılacaq, Azərbaycana isə...”

  • Nida.az
  • 19 Yanvar 2015 16:28
  • 1 373 Baxış
“The Guardian”: “Ermənistan dağılacaq, Azərbaycana isə...”

Rusiyada rublun dəyərdən düşməsi bu ölkədə miqrantların milyonlarla pul göndərdiyi ölkələr üçün də ciddi təhlükədir.


Publika.az xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” nəşri 2015-ci ildə Rusiya iqtisadiyyatının təsir edəcəyi ölkələr haqda araşdırma aparıb.


Rublun 50 faizə qədər dəyərdən düşməsi Qafqaz və Orta Asiya ölkələri üçün təkcə göndərilən pulun həcminin azalması yox, Rusiyaya gedənlərin geri qayıtması deməkdir.


“Mən ailəmi dolandırmaq üçün normal həyatı qurban verdim və burda işləməyə məcbur oldum. Lakin ayda bir neçə yüz dollardan artıq pul göndərə bilmirəm”, - Moskvanın şimalında avtoservisdə işləyən, axşamları isə taksi sürücüsü olaraq çalışan özbəkistanlı Əziz deyir.


Onun sözlərinə görə, hazırda əvvəl qazandığı pulun yarısını güclə qazanır. O artıq evə qayıtmağı düşünür.


Getmək istəyən təkcə Əziz deyil. Minlərlə miqrant Rusiya iqtisadiyyatı pisləşəndən sonra qayıtmaq haqda düşünür. Bunun özü Rusiya üçün də təhlükəlidir. Xüsusilə, 2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Rusiyanın miqrant əməyinə ciddi ehtiyacı var.


“The Guardian” Rusiyadakı iqtisadi böhrandan ciddi zərbə alacaq ölkələrin adlarını açıqlayıb.


Rusiyadan pul köçürmələri Ermənistan üçün 21 faiz təşkil edir. Bununla yanaşı, Gürcüstan 12 faiz, Qırğızıstan 31,5 faiz, Moldova 25 faiz, Tacikistan 42 faiz, Ukrayna 5,5 faiz, Litva və Azərbaycan 2,5 faiz pul köçürmələrindən bu və ya digər formada asılıdır.


Lakin hər şey bununla yekunlaşmır. Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ölkədəki pulun təxminən 40 faizini Rusiyadan alır. Qırğızıstan üçün isə bu rəqəm 79 faizdir.


“The Guardian” yazır ki, Rusiyanın iqtisadi tənəzzülündən ən az zərər görəcək ölkələr Azərbaycan və Baltikaynı ölkələrdir. Bu ölkələrin həm Rusiyadan pul köçürmələri azdır, həm də daxili iqtisadiyyat davamlılığı ilə seçilir.

Lakin yerdə qalanlar üçün ciddi təhlükə gözlənilir. Rublun dəyəri aşağı düşəndən sonra bu türkmən valyutasının devalvasiyasına səbəb oldu. Qazaxıstanın təngəsi də ucuzlaşır.


Nəşr Avrasiya İttifaqına daxil olan ölkələrin daha ciddi iqtisadi təhdidlərlə üzləşəcəyini hesab edir.

Belarus, Qazaxıstan və Rusiyanın özü bu ittifaqda yer alır. Ermənistan da bu ilin yanvarından ittifaqa qoşuldu. Bu ölkələrin iqtisadiyyatı bir-biri ilə sıx bağlıdır və Rusiyadakı böhran bu ölkələrin hər birinə təsir edəcək. Xüsusilə, Ermənistan ciddi şəkildə iqtisadi dağılma ilə üz-üzədir.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR