Nida.az
Nazim İbrahimovdan "Azərros" açıqlaması
"Biz xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daxili məsələlərlə bağlı qəbul etdiyi qərarlara müdaxilə etmirik".
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Moskvada fəaliyyət göstərən "Azərros" Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı və orada qəbul olunmuş qərarlar barədə Trend-in sorğusuna cavabında deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan diaspor təşkilatları xarici ölkələrdə qeydiyyatdan keçmiş ictimai təşkilatlar kimi müstəqil fəaliyyət göstərir və Komitə həmin qurumların daxili məsələlərinə hər hansı müdaxilə etmir: “Təşkilatlarda baş verən daxili məsələlərə, xüsusilə də seçki proseslərinə qarışmırıq, bu barədə rəy bildirməyimiz də doğru olmaz. Bizim üçün vacib prinsip bu təşkilatların və onlara rəhbərlik edən şəxslərin Azərbaycan xalqının maraqlarına xidmət etmələri, Azərbaycan dövlətçiliyinə sadiq olmalarıdır”.
N.İbrahimovun sözlərinə görə, Azərbaycan dövləti, dövlətçiliyi ətrafında sıx birləşən hər bir təşkilatla əməkdaşlıq edilir və belə təşkilatların fəaliyyəti hər zaman Azərbaycan dövləti tərəfindən dəstəklənir.
Qeyd edək ki, yanvarın 17-də Moskvada "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı keçirilib. Qurultayda təşkilatın prezidenti Asif Məhərrəmov istefaya göndərilib, Abbas Abbasovun rəhbərlik etdiyi Ağsaqallar Şurası isə ləğv edilib.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü