Nadir Şəfiyev: “Ermənilər xislətlərindən əl çəkə bilmir” - VİDEO
Bizi izləyin

Nida.az

Nadir Şəfiyev: “Ermənilər xislətlərindən əl çəkə bilmir” - VİDEO

Ermənilər xislətlərindən əl çəkə bilmir və bu xislətin önündə erməni din xadimləri durur”.

Publika.az xəbər verir ki, bu barədə siyasi icmalçı, politoloq Nadir Şəfiyev Gürcüstandakı 450 dini abidənin ermənilərə məxsus olması barədə iddiaları şərh edərkən deyib. N.Şəfiyevin sözlərinə görə, ermənilərin qonşu xalqlara qarşı həyata keçirdiyi maddi və mənəvi təcavüz yüz illər öncə ermənilərin Qafqaza ayaq açmasından sonra başlayıb.

“Ermənilərin köçəri xalq olması dəfələrlə öz təsdiqini tapıb. Nəyə görəsə özlərini aralarında “hay” adlandıranlar kənarda özlərini erməni kimi tanıdırlar” – deyən siyasi icmalçı qeyd edib ki, heç bir tarixi ənələri, mədəniyyəti olmayan bir xalq dünyada qüvvəyə çevrilə bilməzdi.

“Bunu dərk edən haylar qonşularının mədəni irsini oğurlamaqla məşğuldurlar”, - Şəfiyev əlavə edib.

Politoloq qeyd edib ki, dünyada bu günə qədər nə “Hayastan” adlı dövlət, nə də həmin hayların başqa adlı dövləti olmayıb. Ermənilərin soykökündə və hətta elan etdikləri dövlətin adında belə türk adlarının olduğu alimlər tərəfindən dəfələrlə sübuta yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm