Əli Əhmədov: "Girovların qaytarılması üçün hər şeyi edirik"
Bizi izləyin

Nida.az

Əli Əhmədov: "Girovların qaytarılması üçün hər şeyi edirik"

"Azərbaycan hökuməti girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün əlindən gələni edir".

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, ölkə vətəndaşları görülən işlər barəsində məlumatlandırılır: "Bu iki şəxsin girov götürülməsi və onlar üzərində qurulan məhkəmə Ermənistanın nə qədər aqressiv mövqedə olduğunu nümayış etdirir. Onlar dünya ictimaiyyəti qarşısında özlərini biabır edirlər. Ermənilər girovlara qarşı bu münasibəti davam etdirməklə dünya ictimaiyyəti qarşısında öz mahiyyətlərini göstərirlər".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm