• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Siz mənə tanış gəlirsiniz “Miledi” .. Qovulmuş diplomatın ilginc fəaliyyəti

  • Nida.az
  • 14 Fevral 2014 16:35
  • 1 087 Baxış
Siz mənə tanış gəlirsiniz “Miledi” .. Qovulmuş diplomatın ilginc fəaliyyəti

Milli Məclisin sədri Oqtay Əsədovun “Miledi” ləqəbli keçmiş ABŞ diplomatı Rebekka Vinsentinin Azərbaycanda yeni qarışıqlıq yaratmaq istədiyi haqqında danışıb. Spiker bildirib ki, Amerika səfirliyinin xanım Vinsent adlı işçisi var idi: “O, indidən Azərbaycanda keçiriləcək olimpiadanın boykot olunması ilə bağlı çağırışlar edir. Onun hətta ləqəbi də var və bunu hamı bilir. Ona “Miledi” deyirlər. Odur ki, belə miledilər hələ çox olacaq. Bu cür məsələlər və çağırışlara qarşı diqqətli olmalıyıq”.

Spikerin bu açıqlaması bir neçə gün öncə Publika.Az –da dərc olunan yazını aktuallaşdırdı (http://publika.az/p/5396 ).

Son vaxtlar qərbli hüquq müdafiəçiləri Azərbaycanla bağlı daha çox “insan hüquqlarının pozulması” ifadəsinə yer verir və əsasən bunu gündəmdə saxlamağa çalışırlar. Bundan qabaq “Avroviziya” müsahibəsi öncəsi və sonrası belə bir ilğımla qarşılaşdıq. Daha sonra iğtişaş yaratmaq cəhdləri, ardınca “Facebook inqilabı”na qədər hadisələr yaşandı. Və yenidən eyni ssenariyə bənzəyən quruluşlar gündəmdədir. Spikerin sözlərindən belə anlaşılır ki, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Olimpiya oyunları ərəfəsində yeni dalğa gözlənilir. Ölkənin üçüncü şəxsi bunu tribunadan deyirsə, deməli təhlükə var. Eyni zamanda olimpiada ilə yanaşı, 2015-ci ildə növbəti parlament seçkiləri də keçiriləcək. Bu, yenə də seçki ssenarilərinin ola biləcəyi ehtimalın yüksəldir. Bir sıra ekspertlər də bildirirlər ki, olimpiya oyunları öncəsi Qərb Azərbaycanda müxalif QHT-lərlə daha sıx əməkdaşlıq edəcək.
Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşri isə yazır ki, böyük ehtimalla bəzi ölkələr və beynəlxalq təşkilatlar idmanı siyasətin girovuna çevirmək təcrübəsindən imtina etmir.

Beynəlxalq İnsan Hüquqları Klubunun hazırki icraçı direktoru Rebekka Vinsente “Azadlıq radiosu”na müsahibəsində bildirib ki, qış olimpiya oyunlarında bütün dünyanın diqqəti Soçidə idi: “Olimpiada hazırlıqları, keçirilməsi, eləcə də korrupsiya faktları diqqətdə idi. Soçidən sonra diqqət Bakıya yönələcək. Bakıda keçiriləcək tarixdə ilk dəfə olan Avropa Yay Olimpiya oyunlarına demək olar ki, 500 gün qaldı”.
Nəşr yazır ki, R. Vinsente ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olub. Lakin o Dövlət Departamentindən gedəndən sonra Azərbaycanda insan hüquqları ilə bağlı işləməyi dayandırıb. O yerli QHT-lərə də fəal şəkildə kömək edirdi.

“Nezavismaya” yerli mediaya istinad edərək belə iddia irəli sürür ki, R. Vinsente 2015-avroolimpiya ərəfəsində Azərbaycana qarşı daha çox kəşfiyyat dairələri ilə bağlı olan yeni strategiya üzərində işləyir. Bunu özü də inkar etmir, hansı ki, olimpiada ərəfəsində beynəlxalq diqqətin Bakıya tuşlanacağını və Azərbaycanda insan hüquqlarının vəziyyətini öyrənəcəklərini bildirir. Bu zaman Azərbaycanın problemlərinə uzaqdan baxmaq lazım gəlməyəcək. Bu baxımdan beynəlxalq cəmiyyətin konkret ölçülərini qəbul etmək lazımdır. Əks təqdirdə avroolimpiyadan sonra hər kəs öz dairəsinə qayıdacaq.

Vinsentenin hansı ölçüləri nəzərdə tutduğunu təxmin etmək mümkündür. “Avroviziya” mahnı müsabiqəsi öncəsi etiraz aksiyalarının keçirilməsi, həmçinin 2013-cü ildə Azərbaycanda prezident seçkiləri ərəfəsində “Facebook inqilabı” reallaşdırmaq cəhdləri uzaq tarix deyil.

Yerli analitiklərin fikrincə, bu gün bir sıra Avropa ölkələri, o cümlədən ABŞ strateji maraqlarını gerçəkləşdirmək üçün Azərbaycan iqtidarına problemlər yarada bilən yerli QHT-ləri bol-bol maliyyələşdirir. Düzdür, hakimiyyət də yatmayıb və QHT-lərin maliyyə mənbələrinin leqallaşdırılması və xərclərlə bağlı konkret hesabat verməyi qanun olaraq reallaşdırır.

“Miledi” ləqəbli Vinsente ötən il qeyri-qanuni çağırışlarına görə, Azərbaycanda çıxarılıb və ölkədə yaşamaq icazəsi ləğv edilib. Bunun nəticəsində onun Azərbaycandakı ailəsindən uzaq düşdüyü deyilir. Ölkədən çıxarılması haqqında Vinsentenin sözləri də diqqət çəkir. O, “Mənimlə bağlı baş verənlər aysberqin görünən hissəsidir” deyə müəmmalı açıqlama verdi. Ardınca daha bir müəmma gəldi: “Bir gün azad Azərbaycana qayıdacağam”.

R. Vinsentenin rebeccavincentconsulting.com adlı internet saytı da fəaliyyət göstərir. Maraqlıdır ki, bu saytda məqalələrin tamamilə hamısı Azərbaycan və ölkədəki vəziyyətlə bağlı tənqidi yazılardır. Araşdırmamızda məlum oldu ki, R. Vinsente Azərbaycandan kənarlaşdırılsa da əvvəlki işini, yəni daha çox təbliğat kampaniyası, QHT sektoruna dəstək verməklə şəbəkə yaratma, eləcə də gənclərin aktiv vəziyyətə gətirilməsi istiqamətində işini davam etdirir. Bu işdə ona Azərbaycanda konkret hüquq müdafiəçiləri yardım edirlər. Həmin şəxslərin adlarını da əldə etmişik, lakin peşə kodeksinə uyğun olmadığı üçün bunu yaymaq fikrindən vaz keçdik. Daha bir maraqlı məqam isə R. Vinsentenin Azərbaycanda məlum olan “facebook” profilində aktiv olmamasıdır, əvəzində o, adıçəkilən internet saytında və “twitter”də daha aktivdir.

Bütün detalların tutuşdurulması Azərbaycan növbəti Aleks Qriqoryevsin gələcəyi ehtimalını artırır.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR