Müsavat GT-nin keçmiş sədri: “Qruplar bir-biri ilə dil tapa bilmirlər”
Bizi izləyin

Nida.az

Müsavat GT-nin keçmiş sədri: “Qruplar bir-biri ilə dil tapa bilmirlər”

Müsavat GT-də əvvəldən rəqabət var idi. Burda iki qrup var idi. Təbii ki, bir qrupun namizədi qalib gəldi.


“Gənclər Təşkilatında qruplar bir-biri ilə dil tapa bilmirlər, bu da xoşagəlməz hadisələrə, fəsadlara gətirib çıxardıb”.Bu barədə Müsavat Partiyasının Divan üzvü, partiyanın Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslı Publika.Az –a açıqlamasında müsavatçı gənclər arasında yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

T. Abbaslı bildirib ki, o, gənclərin işinə müdafiə etməməyə, qarışmamağa çalışır: “Mən özüm rəhbər olanda da kənar qrupların, insanların işimizə, siyasətimizə qarışmağını xoşlamırdım. Buna görə də Divan üzvü kimi bu məsələlərə müdaxilə etməməyə çalışıram. Müsavat GT-də əvvəldən rəqabət var idi. Burda iki qrup var idi. Təbii ki, bir qrupun namizədi qalib gəldi. Qalib gələn qrupun namizədinin işi o qrupları barışdırıb hər iki tərəfi GT-nin fəaliyyətinə cəlb etmək, təşkilatı daha da gücləndirmək olmalı idi. İndi görünür, həmin qruplar öz aralarında dil tapa bilmirlər, bu da bugünki xoşagəlməz hadisələrə, fəsadlara səbəb olub”.

T. Abbaslı qeyd edib ki, gənclər enerjilərini bir-birini ittiham edib, bir-birini təşkilatdan uzaqlaşdırmağa, neytrallaşdırmağa yox, hakimiyyətlə mübarizəyə sərf etməlidir.“Yəni bu güc, potensial daxili mübarizəyə həsr olunmamalıdır. Güman ki, bu məsələ partiya rəhbərliyində müzakirə olunacaq. Ortaya konkret mövqe qoyulmalıdır”.

Qeyd edək ki, Əhliman Abbasov Müsavat GT-nin sədri seçiləndən sonra təşkilatdan 8 nəfərin uzaqlaşdırıldığı deyilir. Təşkilatdan uzaqlaşdırılan gənclərsə qarşı tərəfi ittiham edirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm