• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“The New Republic”: “Bu mübarizədən İlham Əliyev qalib çıxdı”

  • Nida.az
  • 21 Yanvar 2015 12:08
  • 421 Baxış
“The New Republic”: “Bu mübarizədən İlham Əliyev qalib çıxdı”

“Ermənistan Avrasiya İttifaqına daxil oldu. Lakin rəsmi İrəvan Dağlıq Qarabağı bu birliyə aparmağı bacarmadı”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The New Republic” nəşri çökən Rusiya iqtisadiyyatı və Avrasiya İttifaqının gələcək taleyindən bəhs edən məqaləsində bildirib.


Nəşr Ermənistanın ittifaqa qəbul edilməsini Moskvanın böyük səhvi adlandırıb: “Bu, genişlənmə xəttini əsas götürərkən, daxildən zəifləmə deməkdir. Ərazi mübahisələri olan ölkələrin ittifaqa qəbulu qadağan olunsa da, yanvar ayının başlanğıcında Ermənistan Avrasiya İttifaqına daxil oldu. İrəvan işğal etdiyi Azərbaycan torpaqlarını – Qarabağı özü ilə birlikdə apara bilmədi.

Bu mübarizədən Azərbaycan Prezidenti İlham Əliyev qalib çıxdı. Hələ ittifaqın ilk təsis toplantısında Əliyev manevr edərək Sərkisyanın qarşısında sədd çəkə bilmişdi. Bu işdə Nazarbayev də Bakıya dəstək verdi. Nazarbayevin digər narahatlığı zəif Ermənistan iqtisadiyyatına lazımsız yerə kömək etmək məcburiyyətində qalmaq idi. Nazarbayev bu məsələdə Lukaşenkonu da inandırmağı bacarmışdı. Onlar Ermənistanın üzvlüyünə mane ola bilməsələr də, hər halda Qarabağ münaqişəsinin ittifaqın daxilinə daşınmasının qarşısını ala bildilər. Bu, həm də regionda güclü Azərbaycanla münasibətlərin pozulmasının qarşısını aldı”.


Nəşr Ermənistanın ittifaqa girişindən sonra Dağlıq Qarabağda separatçı rejimin iqtisadi çətinliyinin daha da artacağını qeyd edib.


“The New Republic” Ermənistandan sonra zəif iqtisadiyyata malik Qırğızıstanın ittifaqa gəlişini şərh edib.


“Bu, gələcək üçün ciddi narazılığın əsasını qoyur. Çünki Astana, yaxud Minsk acları doydurmaqdan tez, ya gec imtina edəcək və ittifaq daxilində qarşıdurma genişlənəcək”, - deyə nəşr vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR