Millət vəkili: “Con Kerrinin mövqeyi ABŞ-ın maraqlarına ziyan vurur”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Con Kerrinin mövqeyi ABŞ-ın maraqlarına ziyan vurur”

“Con Kerrinin Azərbaycana qarşı qərəzinin 25 il tarixi var”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib.

Millət vəkili aralarında ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin də olduğu bir neçə konqresmenin 25 il öncə Dağlıq Qarabağın Ermənistan verilməsi ilə bağlı Qarbaçova müraciətinə münasibət bildirərək vurğulayıb ki, erməni lobbisi ABŞ-da uzun müddət fəaliyyət göstərib: “Bu lobbinin təsirinə düşən konqresmenlər, vəzifəli şəxslər birtərəfli mövqedən çıxış ediblər. Bu müraciət ABŞ-ın, xüsusilə bir bəzi amerikalı konqresmenlərin ədalətsiz mövqeyini bir daha göstərir. Əsl həqiqət Azərbaycan torpaqlarının işğalı, bir milyondan artıq qaçqın və məcbur köçkünün olması, Xocalı soyqırımının törədilməsidir. Bu faktları həmin adamlar görməlidir. Biz bu istiqamətdə çalışırıq. Lakin təəssüflər olsun ki, bəzi insanlar bunu görmək istəmir”.


R. Rzayev bunun ABŞ-ın rəsmi mövqeyi olmadığının hesab edir.


“ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, sadəcə, bəzi ermənipərəst konqresmenlərin mövqeyidir. Bu cür adamlar öz şəxsi həyatlarının yaxşılaşması və karyeralarının daha uzunömürlü olması üçün satılıblar. Con Kerrinin özü erməni lobbisi ilə sıx əlaqədə olan adamdır. Onun vəzifəyə gəlməsində bu lobbinin dəstəyi olub. Lakin dövlət katibi vəzifəsini daşıyan adamın şəxsi maraqlardan doğan qərəzli mövqeyi ABŞ-ın öz maraqlarına zərbə vurur”, - deyə o bildirib.


R. Rzayev Dağlıq Qarabağın azərbaycanlı icmasının bu konqresmenlərlə görüşmək istədiyini bildirib: “İstəyirik ki, Con Kerrinin özü və həmin konqresmenlər bizimlə görüşsün və mövqeyimizi dinləsin. Onlar bunu etməlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm