• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"İlham Əliyevin Almaniyaya səfəri Əli Kərimliyə tərs sillə kimi dəyib"

  • Nida.az
  • 21 Yanvar 2015 15:19
  • 482 Baxış
"İlham Əliyevin Almaniyaya səfəri Əli Kərimliyə tərs sillə kimi dəyib"

"Avropa və Qərblə münasibətlərin indiki gərgin vəziyyətində Prezident İlham Əliyevin Almaniyaya səfərini çox vacib və önəmli səfər kimi xarakterizə edərdim. Azərbaycan dövləti indiyədək müstəqil xarici siyasət aparıb və bu siyasət birbaşa Qərbə inteqrasiya çərçivəsində həyata keçirilib. Bu da məhz müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət çərçivəsində baş tutub". Bu fikirləri mətbuata açıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, heç bir ölkə Azərbaycanı özünün forpostu gözündə görə bilməz: "Bunu Azərbaycan dövlətindən gözləmək yersiz və mənasızdır. Bunu arzulayan dövlətlər başa düşməlidir ki, bütün dünyaya meydan oxuyan SSRİ kimi bir imperiyanın süqutu məhz Azərbaycan xalqının iradəsi və cəsarəti hesabına, xalqımızın 1989-cu ildə başlatdığı milli azadlıq hərəkatından sonra baş verib. 20 Yanvar qətliamını 25 illiyini milyonlarla insan Şəhidlər Xiyabanına axışmaqla andı. Biz müstəqilliyimizi qanımız hesabına qazanmışıq. Heç bir dövlət bizimlə diktə ilə danışa bilməz. Azərbaycan istər Qərblə, istərsə də şimal qonşularımızla normal, ikitərəfli qonşuluq siyasətini davam etdirməlidir və heç bir ölkə də Azərbaycana öz iradəsini qəbul etdirə bilməz. İlham Əliyevin bu səfəri bir daha onu deməyə əsas verir ki, dövlətimiz müstəqil xarici siyasət yürüdür və ikitərəfli münasibətlərin normal müstəvidə davam etdirilməsinin tərəfdarıdır".

Niyaməddin Orduxanlı bu səfərin daxili siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmadığını da qeyd edib: "Prezidentin bu səfərini gözləməyən radikal siyasi düşərgə üçün belə xəbər şok effekti verib. Konkret desək, İlham Əliyevin bu səfəri Əli Kərimliyə tərs bir sillə kimi dəyib".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR