Nida.az
Dərbənd azərbaycanlıları istefa tələbi ilə mitinqə hazırlaşır – ÖZƏL
Dərbənd azərbaycanlıları yanvarın 31-də şəhər mərkəzində kütləvi mitinq keçirməyi planlaşdırır.
Publika.az-ın Dərbənddəki mənbələrdən əldə etdiyi
məlumata görə, azərbaycanlılar şəhər məclisinin sədri İmam
Yarəliyevin fəaliyyətindən ciddi şəkildə narazıdır.
“Azərbaycanlılar yaşayan məhəllələrdə infrastruktur bərbad
vəziyyətdədir. Qurban Qurbanovun getməsindən sonra burda
azərbaycanlılara münasibət də dəyişib. Azərbaycanlılar bunlara
etiraz olaraq İmam Yarəliyevin istefasını tələb edirlər. Yanvar
ayının 31-də şəhər mərkəzində 1500 nəfərlik mitinq keçiriləcək”, -
deyə məlumatda qeyd olunub.
Mitinq təşkilatçıları şəhər meriyasına və Ədliyyə Nazirliyinə
müraciət edib. Lakin hər iki qurumdan mitinqə “yox” cavabı
verilib.
“Buna baxmayaraq, azərbaycanlılar mitinqi keçirməkdə israrlıdır”, -
deyə mənbə bildirib.
Asif Nərimanlı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi