ABŞ səfirliyinin müvəqqəti işlər vəkili: “Belə bir məktubu görməmişəm”
Bizi izləyin

Nida.az

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili: “Belə bir məktubu görməmişəm”

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan ABŞ-ın hazırkı dövlət katibi Con Kerri başda olmaqla Konqresin bir qrup üzvünün 1990-cı ildə Mixail Qorbaçova müraciət ünvanlamasına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Hoqan mediada belə bir iddianın irəli sürüldüyünü, amma iddianın tamamilə yanlış və əsassız olduğunu bildirib: “ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməsi uzun müddətdən bəri açıq şəkildə ortadadır və nümayiş olunur. Guya bizim ATƏT-in Minsk qrupu çərçivəsində öz işimizə ciddi yanaşmamağımız və qərəzli olmağımızla bağlı iddialar da tamamilə yanlış və əsassızdır. Bizim Minsk qrupunun həmsədr ölkələrindən biri kimi fəal yanaşmamız, iştirakımız, uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə nizamlanması istəyimiz də bariz şəkildə özünü göstərir. Yəni, onu demək istəyirəm ki, bizim hər bir fəaliyyətimiz göz önündədir. Mən belə bir məktubu görməmişəm və bununla tanış deyiləm. Amma bir daha əsas diqqəti ona yönəltmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin dinc yolla həlli mövqeyinə sadiqdir”.

Müvəqqəti işlər vəkili ABŞ-ın yeni səfirinin ən yaxın zamanda Azərbaycana gələcəyini də qeyd edib: “Amma bunun dəqiq tarixi məlum deyil. Mən ötən müddət ərzində səfir Robert Sekuta ilə bir sıra söhbətlər aparmışam. O, çox tez bir zamanda ölkəyə gəlməsini, ölkələrimiz arasında mövcud əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi işinə töhfə verəcəyini səbirsizliklə gözlədiyini deyir.

“ABŞ-Azərbaycan əlaqələri dəyişməz olaraq qalır”.

Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan iki ölkə arasında əməkdaşlığı şərh edərkən bildirib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan bir sıra sahələrdə birgə fəaliyyəti davam etdirməyə hazırdırlar: “Ölkələrimiz bir sıra mühüm, əhəmiyyət kəsb edən sahələrdə tərəfdaşdırlar. Bura həm regional təhlükəsizlik, həm Dağlıq Qarabağ münaqışəsinin həll eləməsi daxildir. Eyni zamanda terrorizmlə mübarizə, iqtisadiyyatın diversifikasiyası və iqtisadiyyatın inkişafı sahəsində də Azərbaycanla əməkdaşlıq edirik. Nəhayət, demokratiya məsələsində də Azərbaycanla və Azərbaycan cəmiyyəti ilə işimizi davam edəcəyik”.

Müvəqqəti işlər vəkili bildirib ki, bəzi məsələlərdə müəyyən fikir ayrılığı olur: “Sözügedən sahələrdə irəliləyiş əldə olunması üçün birgə iş tələb olunur və biz Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm