• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Milli Məclisin üzvü: “Con Kerriyə görə hər kəs ABŞ-ı arzuolunmaz qonaq hesab edir”

  • Nida.az
  • 21 Yanvar 2015 18:52
  • 416 Baxış
Milli Məclisin üzvü: “Con Kerriyə görə hər kəs ABŞ-ı arzuolunmaz qonaq hesab edir”

“Con Kerri Birləşmiş Ştatların dövlət katibi olandan bəri ABŞ-ın nüfuzu az qala sıfıra enib”.


Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.


Millət vəkili aralarında ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin də olduğu bir neçə konqresmenin 25 il öncə Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Qorbaçova müraciətinə münasibət bildirərək qeyd edib ki, bunun arxasında korporativ maraqlar dayanır: “Con Kerrinin imzaladığı müraciəti təhlil edərkən ilk növbədə belə bir sual yaranır: müraciəti imzalayanlar o dövrdə Azərbaycanın, Ermənistanın harada olduğunu bilirdilər? Heç şübhəsiz, bilmirdilər. Həmin dövrdə Azərbaycan da, Ermənistan da SSRİ-nin tərkib hissəsi idilər. Belə olan təqdirdə soruşulur: Con Kerri və digərləri belə bir müraciəti edərkən hansı motivləri əsas götürüblər? Onlar ilk növbədə ermənilərin maraqlarını ifadə ediblər. ABŞ siyasi sistemini bilən hər bir şəxsə aydındır ki, istənilən senator və ya konqresmen heç bir zaman maliyyə və digər maraqları təmin edilmədən elə bir sənədə hissiyyatla qol çəkməzdi”.


M. Qasımlı C. Kerrinin ABŞ-ın nüfuzuna xələl gətirdiyini bildirib.


“Belə bir şəxsin bu gün Birləşmiş Ştatların xarici siyasətinə rəhbərlik etməsi ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Con Kerri dövlət katibi olandan bəri, ABŞ-a kimsə hörmət və etibar etmir, inanmır. Hər kəs ABŞ-ı arzuolunmaz qonaq hesab edir. Bütün bunlar hamısı Con Kerrinin həyata keçirdiyi və ABŞ milli maraqlarına xələl gətirən xarici siyasətin təzahürüdür. ABŞ-ın maraqları Ermənistanı müdafiə etmək deyil. Bu, yanlış addımdır, ikili standartdır. Şübhəsiz belə bir müraciətin arxasında korporativ maraqlar dayanır”, - deyə Milli Məclisin üzvü qeyd edib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR